DİN-in adından sui-istifadə edərək saxta səhifə və profil işlədənlərə XƏBƏRDARLIQ

28

Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır.

KAİM.az xəbər verir ki, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

“Sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.”-deyə DİN Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “İnstagram”, “Twitter”, “Youtube” və “Telegram” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

Facebook – (https://www.facebook.com/polisazerbaycan/)

İnstagram – (https://www.instagram.com/polisazerbaycan/)

Youtube – (https://www.youtube.com/polisazerbaycan )

Twitter – (https://twitter.com/polisazerbaycan)

Telegram – (https://t.me/polisazerbaycan )

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin