Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli dünyasını dəyişib

KAİM.az xəbər verir ki, Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli yanvarın 4-ü 59 yaşında vəfat edib.
Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb.
1994-1997-ci illərdə Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alıb.
1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda xormeyster və ansambl rəhbəri, 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsində dosent, baş müəllim vəzifələrində çalışıb.
2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Nailə Mirməmmədlinin əziz xatirəsi ölkəmizin musiqi ictimaiyyətinin, onu sevənlərin və doğmalarının
qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin