Əlillər əsassız cərimələrdən BOĞAZA YIĞILIB-Öz qanunları olan BNA

Dövlətimiz həqiqətən əlillərin qayğısına qalır. Binaların tiklişində, yolların salınmasında, səkilərdə, tunellərdə və yeraltı keçidlərdə əllillərin rahatlığı üçün bir çox işlər görülür.

KAİM.az Teref.az-a istinadən xəbər verir ki, qanunla avtomobil sürən əlillərin dayanacaq məsələsidə həll olunub. Amma bu qanun kağızda qalıb. Buyurun gedin maşın dayanacaqlarına baxın orda əlillər üçün işarələnmiş bir yer tapsanız bu bir möcüzə olar.

Ancaq əlillərin ən böyük problemlərindən biri qanunun onlara icazə verdiyi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndidir. Bu qanunda nə deyilir?

““Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndinə əsasən 3.2, 3.8-3.30 qadağan işarələrinin qüvvəsi ƏLİLLİYİ OLAN ŞƏXS TANINMA NİŞANINA MALİK AVTOMOBİLLƏRƏ ŞAMİL EDİLMİR.”

Lakin BNA-da bunu deyəsən bilən yoxdur.

Qanun əlilləri nəzərə alaraq onlara DAYANMA, DURMA qadağan olunan yerlərdə maşınlarını saxlamağa və işlərini görməyə icazə verir. Bu bütün dünyada qəbul olunmuş bir praktikadır. Çünki təbii olaraq əlil adam maşınını 1 km uzaqda saxlayıb, aptekə, mağazaya və ya hər hansı bir ehtiyacı üçün gedə bilməz.

Lakin görün möhtərəm BNA bunu sayır? Əlillərin maşınlarına (təbii olaraq qabaq və arxa şüşələrində tanınma nişanları olanlardan söhbət gedir) dalbadal 20 manatlıq cəzalar gəlir. Etdiyiniz şikayətlərə isə 1 cavab var.

“Şikayətinizə 10 iş günü müddətində baxılacaq!”

Bizi isə 1 sual düşündürür. Axı niyə bu əlil qanunu pozmadığı halda ona cəza kəsilməlidir və o da məcbur olub şikayət etməlidir?

Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin