Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

2021-ci ildə işğaldan azad edilən ərazilərdə ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41 503 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.

Haqlı.az xəbər verir ki, Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin