Qarabağda yeni hidroloji stansiyaların tikintisi üzrə planlar açıqlanıb

127

2020-ci ildən etibarən Azərbaycan ərazisindəki çaylarda 25 avtomat hidroloji stansiya tikilib, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda daha 10 stansiyanın tikintisi planlaşdırılır.

Haqlı.az xəbər verir ki, bunu müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin rəisi Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bu işlər Nazirlər Kabinetinin 2020-ci ildə işə saldığı layihə çərçivəsində aparılır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində iki milyard kubmetrə yaxın su ehtiyatı mövcuddur:

“Azad edilmiş ərazilərdəki bütün sular dövlət nəzarətindədir. Biz Qarabağda avtomat hidroloji stansiyasının tikintisini planlaşdırırıq”.

Şöbə rəisi, həmçinin bildirib ki, bu cür stansiyalar Araz və Oxçuçaya kimi trans-sərhəd çaylarında, eləcə də Tərtər, Köndələnçay, Həkəri, Xatınçay və bir sıra digər çaylar üzərində salınacaq:

“Zərurət halında stansiyaların sayını artıracağıq. Bu stansiyaların tikintisi üzrə işlər dövlət büdcəsi hesabına aparılır və Nazirlər Kabinetinin layihələrindən birinin tərkib hissəsidir”.

mənbə: Trend

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin