“Xristian klubu”nun Əli Kərimli maşası və vətən sevdalı “xəstələr”

0
8

Bala Corc Buşun MDB məkanında rəngli inqilabları , Obamanın islam dünyasındakı ərəb baharına forma və quruluşca bənzəsədə nəticə və insani dəyərlər baxımından fərqli oldu.

Beləki , Qırğızıstan, Ukrayna və Gürcüstanda baş tutan hakimiyyət dəyişiklikləri daha doğrusu Soros-Obama birliyinin rəngli inqilabları vətəndaş müharibələrinə səbəb olmadı. Lakin “ərəb baharı” ölkələri süquta uğurlatmaqla yanaşı regionu barıt çəlləyinə çevirdi. Həm “rəngli inqilablar” , həm də “ərəb baharı ” zamanı Azərbaycan müxalif camiəsi hansısa gözə görünməz qüvvənin sifarişi ilə hərəkətə keçdi. Qeyd etmək lazımdır ki, nəticə hər kəsə öncədən məlum idi. Bəs nəticəsi əvvəlcədən məlum olan toparlanma kimə lazım idi? Özünü demokratik düşərgə adlandıran müxalifət kimə və nəyə xidmət edir ?

Birinci suala cavab olaraq deyə bilərik ki, Sovetlər birliyi dağılandan sonra dünyada tək güc mərkəzi Amerika olmaqla yanaşı, Vaşinqtonun yedək müttəfiqləri də yeni yaranmış güc mərkəzində öz yerlərini aldı. Bu mərkəzi “Xristian klubu”da adlandıra bilərik.

Beləliklə bu mərkəz dünyada və əvvəlcədən müəyyən edilmiş region və ölkələrdə hibrid müharibəsinə başlamaqla yeni dünya düzəni yaratmağa, daha doğrusu istilah və işğalçılığın müasir formasına başladılar. Konkret olaraq imperialist xristian güc mərkəzi “demokratiya, insan hüquq və azadlığı” adı altında öz imperialist maraqlarını həyata keçirməyə qərar verdilər. Buradan belə bir nəticə hasil olur ki, Azərbaycan müxalifəti “xristian klubu”nun sifarişi ilə hərəkət edib və edir. Bəs bu hərəkətlənmədə kim qazanıb, kim uduzub?

Təbii ki, sifarişçi və icraçı məlumdur. Yəni sifariş verən ödəyir, icraçı qazancını nəzərə alaraq icra edir. Uduzan isə ağrılı olsa da deməliyik ki, dövlətimizdir. Dövlət marağını pula satan “icraçı” Əli Kərimli , İsa Qəmbər və digərləri danışanda xalqın problemlərindən , ölkədəki çatışmamazlıqlardan sitat gətirərək vətənşüvənlik edirlər. Amma bu vətənşüvənlər əslində şəxsi qazanclarına görə hərəkət edirlər.

Məsələn, İsa Qəmbərin iki oğlu var. Hər ikisi də ali təhsillidir. Heç biri hərbi xidmətdə olmayıb. Böyük oğlu İlkin Qəmbər hərbi xidmətə gedər-getməz dedilər uşağın böyrəkləri xəstədi. Özünü saxlaya bilmir. Farslar demişkən xub. Başa düşdük, böyrəyi saxlamır. Bəs necə oldu ki, xəstə İlkin hərbi bilet alan kimi evləndi? Yoxsa…? İkinci oğlu Turqut Qəmbərdə hərbi xidmətdən hansısa xəstəliklə yayındı. Bu xəstələr necə vətən sevdalısıdır ?

Əli Kərimlinin oğlundan heç danışmasaq yaxşıdır. Adam yəni Əli Kərimli deyir ki, iki otaqlı evimi satıb oğlumu İngiltərədə oxutdururam. Yaxşı edirsən. Oxutdur. Axı səndə bir atasan. Amma heç olmasa arada bir utan . İnsanların ömrünü qaraldıb , beyinlərini zəhərləyəndə fikirləş sənində övladın var. Budur müxalifətin vətən sevgisi. Təbii nəticə çıxartmaq hər bir insanın öz şəxsi işidir. Bizdən demək.

İkinci suala artıq cavab vermişik. Azərbaycanda özünü müxalif düşərgə adlandıran qüvvənin bir qismi Amerika və onun müttəfiqlərinin icraçısıdır. Yeri gəlmişkən, radikal müxalifətlə YAP iqtidarı yaşıddılar. Bir növ əkiz qardaşdılar. Lakin tarixi baxımdan gün fərqləri yəni aralarında on gün var. Əli, İsa müxalif camiəsi 5 iyun, YAP iqtidarı isə 15 iyunda ölkəmizdə göz açıblar. Amma özünü real müxalifət adlandıran qüvvə “xristian klubundan”, iqtidar isə xalqdan qidalanır. Hər şey bu qədər bəsit və aydındır. Belə olduğu halda cəmiyyətimiz dəyişiklik və inkişaf istəyirsə, siyasi sistemdəki hər iki düşərgəni dəyişməlidir. Bu dəyişiklik baş verməzsə ölkə problemləri həll olunmaz şəkildə qalacaqdır.

“KAİNAT” Analitik İnformasiya Mərkəzi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin