Türkiyədə Əli Həsənov və səfir Erkan Özoral təhlükəsi – FETÖçularla bağlı hökümət hərəkətə keçdi

Fətullah Gülənin Azərbaycanla cidi təmaslarının olduğu heç kimə sirr deyil. O, Türkiyədə güc sahibinə çevrildiyi zamanlarda da Azərbaycanda  müəyyən əlaqələr qurmuş, gizli təşlilatlanma həyata keçirə bilmişdir. Ona xidmət edən məktəblər, universitetlər və  geniş fədailər şəbəkəsinin çox ciddi beyin mərkəzi yarada bilmişdi.

Xarici ölkələrdən də güclü dayağı Azərbaycan olan FETÖ dini rəhbərinin hakimiyyət içində, parlamentdə, güc strukturlarında və məhkəmə orqanlarında bir çox vəzifəlilər Gülənçi tərəfdarlar olub. Bu tərəfdaş və tərəfdar qruplar vasitəsilə Gülən öz əməllərini həyata keçirir, imkanlarını gücləndirir, fətfa və höküm sahibinə çevrilməkdəyidi.

İstisna edilmirdi ki, Gülənin ən güclü dayağı sayılan o vaxtlar Azərbaycanda söz sahibi Əli Həsənov onun  ideoloji partinyoru və ölkəmizdə dağıdıcı sahəyə cavabdeh ifaçı idi.

Ölkəmizdə FETÖ-çulara şərait yaradanlar, dəstək verənlər içərisində Əli Həsənovun xüsusi xidmətləri olub ki, Türkiyənin Azərbaycandakı  səfiri Erkan Özoralla yaxın tərəfdaşa çevrilə bilib.

Bizlər Erkan Özoralla, Əli Həsənovun dosluğunda maraqlı tərəf deyilik. Əsas element bir neçə gün qabaq Əli Həsənovun həbs edilməsi, bu gün isə prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana  səfəri ərəfəsində ölkəmizdəki səfirin dəyişdirilməsi diqqətləri çəkir.

Qeyd edək ki, siyasətçilər və ekspertlər belə bir dəyişiklik edilməsini təsadüfi saymır. Çünki keçmiş səfir Erkan Özaralın adı Azərbaycan mətbuatında və sosial şəbəkələrdə İlham Əliyevin sabiq köməkçisi Əli Həsənovla işbirliyində çox yaxın əlaqələrin olmasıdır.

Xatırladaq ki, bir müddət öncə Əli Həsənovun müalicə məqsədilə Türkiyəyə getməsindən sonra tanınmış vəkil Aslan İsmayılov Erkan Özaralın onunla şübhəli işbirliyi haqda ilginc məlumatlar paylaşmışdı.

Vəkil yazırdı: “Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Ə.Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirak edir, onula şənlənir, onunla da kədərlənirdi…”

Hesab edilməlidir ki, sabiqlərin çox yaxın münasibətləri qırılmaz bağlara söykənir. Əminliklə deyə bilərik ki, bu münasibətlər sadəcə Ə.Həsənov səfir Ə.Özoral münasibətləri deyil, daha dərin olan Fətullah Gülənin vahid komandanlığı altında olan ən böyük şəbəkədir.

“Kainat” Analitik İnformasiya Mərkəzi

Vidadi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin