TƏCİLİ! Ermənilər bu postlarımızı ələ keçirməyə hazırlaşır?-hücum planının DETALLARI

0
5

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycanda əsirlikdə olan 62 erməni əsgəri azad edilməsə, ermənilər postlarımıza partizan hücumları təşkil edəcəklərini açıqlayıblar. 

KAİM.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli erməni terror qruplaşmalarının uzun illərdir terror aktları törətdiklərini bildirib:

“Erməni qruplarına partizan deməyək, onlar terrorçu qruplaşmalardır və həmin qruplaşmaların terror hadisələrinin dəfələrlə şahidi olmuşuq. Bu baxımdan, onların hansısa terror aktları törətməsi istisna edilmir.

Amma söhbət sırf 62 erməni hərbiçisinə görə azad olunan ərazilərdə terror aktları ediləcəyindən gedirsə, bu məsələyə ölkə başçısı da münasibət bildirib. İlham Əliyev qeyd edib ki, müharibə bitdikdən sonra Azərbaycan Ordusuna qarşı istənilən əməliyyat, silahlı müqavimət terror hadisəsi kimi qiymətləndiriləcək. Bu baxımdan da, ermənilərin terror hadisələri törətməsi, sadəcə özlərinin əleyhinə işləyəcək”.

Hərbi ekspert ermənilərin hər hansı terror aktı törətmək şansının az olduğunu bildirib:

“Ermənilərin Azərbaycan postlarına hücumlar təşkil etmə şansları çox azdır. Çünki Azərbaycan Ordusu çox hazırlıqlı və ayıq-sayıqdır. Bu sayıqlıq  sayəsində istənilən hücumun qarşısı anında alınacaq və ən sərt şəkildə cavab veriləcək. Bunu düşmən tərəfi də yaxşı başa düşür”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin