TƏCİLİ! Sovetskidə AKSİYA: Yasamal İH sakinlərin EVİNİ ƏLİNDƏN ALDI-ANBAAN VİDEO/FOTO

Paytaxtın Yasamal rayon inzibati vahidliyində, “Sovetski” adlanan ərazidə problemlər bitmir. Söküntü ərazisindən çıxarılan sakinlərə qarşı qanunsuzluqlar davam edir.

KAİM.az xəbər verir ki, sakinlər hüquqlarını tələb etmək üçün Yasamal Rayon İcra Hakimiyyəti qarşısına toplaşıblar.

Onlar kompensasiyaların ədalətli və düzgün verilmədiyini bildiriblər. Sakinlərin etiraza qalxmasına səbəb pozulmuş haqlarını istəməkdir.

“Sovetski” söküntüsünün qurbanları torpaq pulu verilməsini tələb ediblər. Onların nümayəndəsinin dediyinə görə, “Azərekspert” adlı bir şirkət tenderdə qalib elan edilərək kompensasiyaların verilməsini özü həyata keçirib. Bu zaman bazar qiymətinə uyğun olmadan, ucuz şəkildə təzminat ödənilib. Sakinlər deyirlər ki, onlara kvadratına görə 300-1200 manat arası kompensasiya verilib, torpaq pulu belə hesablanmayıb.

Sakinlərin dediyinə görə, onların bir çoxu ev ala bilməyib, kirayələrdə qalan varlar, qeydiyyatları belə yoxdur, polisdədir.

Şikayətçilərin sözlərinə görə, Yasamal rayon icra başçısı Elşad Həsənov keçmiş başçı Əziz Əzizovun əməlləri haqda Bakı meri Eldar Əzizova məruzə etməliydi.

Amma E.Həsənov da sakinlərin hüquqlarının bərpası istiqamətində heç bir addım atmayıb. Sakinlər icra başçısı ilə görüşmək istəyir: “İcra başçısının vəzifəsi budur ki, xalqın problemləri ilə maraqlansın. Onun vəzifəsi deyil ki, qanunsuzuqları davam etdirsin.

Əmlak Komitəsindən bizə deyilir ki, icra başçısının şəxsən göstərişi ilə torpağın Çıxarışını verməyə icazə yoxdur”.

Sakinlər deputatlardan – Elnur Allahverdiyev və Erkin Qədirli ilə görüşüblər. Deputatlar vəd verirlər ki, səsinizi yuxarı instansiyalara çatdıracağıq. Aksiya iştirakçıları bildiriblər ki, bu söküntü işlərində Yasamal İH, Maliyyə Nazirliyi yeyintilərə yol verib./reportyor.info

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin