TƏCİLİ ƏMƏLİYYAT! Azərbaycanda 3 sabiq nazir və 2 sabiq icra başçısı SAXLANILDI

0
3

Naxçıvanda da “köhnə qvardiyadan” arınma prosesi gedir.

KAİM.az xəbər verir ki, hələlik 3 sabiq nazirinin həbsinə qərar verən Muxtar Respublika rəhbərliyi (xüsusilə Naxçıvanda həbs qərarını hakim yox, siyasi iradə çıxarır) keçmiş icra başçılarını da silkələməyə başlayıb.

Məlumata görə, indiyədək ən azı 2 sabiq icra başçısı istintaqa cəlb olunub:

Şükür Babayev – Culfa rayon icra hakimiyyətinin sabiq başçısı;

Vüqar Səfərov – Naxçıvan şəhər icra hakimiyyətinin sabiq başçısı.

Qeyd edək ki, təqdim etdiyimiz ilk şəkildə sabiq Təhsil naziri Məmməd Qəribov, ikinci şəkildə isə MR Dövlət Gömrük Komitəsinin keçmiş sədri Asəf Məmmədov da var. Hər ikisinin saxlanıldığı bildirilir.

Digər sabiqləri də “məhşər divanı” gözləyir. / ovqat.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin