SON DƏQİQƏ! Türkiyə-Azərbaycan ordusu Ermənistan sərhədində HƏRƏKƏTƏ KEÇDİ – İrəvan ŞOKDA

0
16

Qarsda keçiriləcək Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanda qorxu ilə qarşılanır:

1. Təlimlərin Ermənistan sərhədində keçirilməsi;

2. 44 günlük müharibədən öncə keçirilən təlimlərin acı təcrübəsi.

AZSABAH.COM xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı deyib.

O, fikirlərinə belə davam edib:

“Erməni mediasında əsas fikir belədir: Türkiyə-Azərbaycan təlimləri sonuncu dəfə ötən ilin iyul-avqust ayında keçirildi və 44 günlük müharibə baş verdi.

Hətta “gözəgörünməz” mənbələrə istinadən iddia edirlər ki, bu təlimlər Azərbaycanın Vətən müharibəsində qələbəsinin “ev tapşırığı” idi.

Müharibədən sonra ilk birgə hərbi təlimlərin Ermənistan sərhədində keçirilməsi isə onların qorxusunu ikiqat artırıb.

“Qış 2021” təlimində tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, Xüsusi Təyinatlı Komandanlıq heyəti, komandanlar və helikopterlər iştirak edəcək.

Bəzi mənbələr yeni silahların da sınaqdan keçiriləcəyini iddia edir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin