SON DƏQİQƏ! Yardımlıda koronavirusdan kütləvi ölümün dəhşətli MƏNZƏRƏSİ: rayonda DƏMƏ qoyan məmurlar isə……

Son günlər koronavirusa yoluxmada kəskin artım müşahidə olunur. Xüsusilə bəzi rayonlarda vəziyyət daha acınacaqlıdır. Şikayətlərin çox olduğu rayonlardan biri də gözdən uzaq, könüldən iraq Yardımlıdır.

Sözügedən rayondan KAİM.az-a gələn məlumatlarda əsasən xəstəlik tutanlara laqeyd münasibət və ölü sayının durmadan artması göstərilir.

Şikayətçilərin sözlərinə görə, evdə müalicə alan xəstələrlə də maraqlanan yoxdur.

Sakinlərin bildirdiyinə görə, TƏBİB-in səlahiyyətli nümayəndələri ümumiyyətlə xəstələrin müraciətlərinə məhəl qoymur. Nə xəstələrin sayının durmadan artması ilə bağlı paytaxtı məlumatlandırır, nə də ki, baxımsız, dərmansız can verən Covid-19 daşıyıcılarıının ölməməsinə maraq göstərir.

Həm rayon rəhbərliyi, həm də yardımlıların sağlamlığına cavabdehlik daşıyan tibb işçiləri uşaqdan ahıla qədər olan rayon vətəndaşlarından demək olar ki, üz döndəriblər. Bu səbəbdən də rayonda ölüm halları kütləvi hal almaqdadır.

Ya rayon rəsmilərinin bu haldan xəbəri yoxdur, ya da bilərəkdən rayon əhalisini təhlükəyə sürkləyirlər. Qeyd edim ki, belə gedərsə, az müddət sonra Yardımlı əhalisinin yarısı torpaq olacaq. Görək onda rayonun dəbdəbəli kabinetlərində oturub rüşvət gözləyən buxaqlı müdürlərə kim “şirinlik” daşıyacaq.

Onu da qeyd edim ki, şikayətçilərin problemlərini Səhiyyə Nazirliyi və TƏBİB-ə çatdırmaq bizdən, tədbir və qanuni ölçü götürmək isə onlardan arzusu ilə…

KAİM.az

Fikrət

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin