SON DƏQİQƏ: Türkiyə – Yunanıstan arasındakı VƏZİYYƏT GƏRGİNLƏŞDİ

0
9

Yunanıstanın Krit adasının şərqində və cənubunda dəniz sərhədlərini 12 milə qədər artırmaq istəyi Türkiyə ilə münasibətlərini daha da gərginləşdirib.

Redaktor.az xəbər verir ki, Yunanıstan Xarici İşlər naziri Nikolas Dendias rəsmi Afinanın ərazi sularını ölkənin qərbindəki İon dənizində 6 mildən 12 milə qədər genişləndirilməsini nəzərdə tutan qanun layihəsi ilə əlaqədar parlamentdə təxribat xarakterli çıxış edib.

N.Dendias, “növbəti addım Yunanıstan ərazi sularının Krit adasının cənubuna və şərqinə doğru genişlənməsi olacaq” deyə bildirib. Bu isə iki ölkə arasında baş verəcək müharibə mövzusunu növbəti dəfə gündəmə gətirib.

XİN rəhbəri həmçinin ərazi sularının suveren bir məsələ olduğunu və heç kimlə danışıq aparmayacaqlarını dilə gətirib.

Qeyd edək ki, 1995-ci ildə Türkiyə parlamenti Yunanıstanın Egey dənizindəki ərazi sularını genişləndirməsini “müharibə səbəbi” saymaqla bağlı bəyannamə qəbul edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin