SON DƏQİQƏ! Səlim Müslümovun yaxın adamı, sabiq aparat RƏHBƏRİ SAXLANILDI

Sabiq nazir Səlim Müslümova yaxın olan şəxslərdən bir nəfərin saxlanması ilə bağlı xəbər yayılıb.
KAİM.az xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, Əjdər Ol həmin nazirlikdə S. Müslümovun müavinlərindən daha böyük səlahiyyətlər daşıyırdı.
“Mətbuat yazır ki, yazıçı-şair Əjdər Ol saxlanılıb. Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib. Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əjdər Ol müəllim  Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.
Görəsən yazıçı-şair Səlim Müslümovu niyə pis əməllərdən çəkindirməyib? Bəlkə onu əsərlərində vəsf edib? Bunu onun yaradıcılığına bələd olanlar bilərlər. 
Mən bircə şeyi dəqiq bilirdim ki, Əjdər Ol həmin nazirlikdə S. Müslümovun müavinlərindən daha böyük səlahiyyətlər daşıyırdı”./sfera.az
KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin