ŞOK İDDİA: Göyçay İcra Hakimiyyəti qazi və şəhid ailələrini unudub, başı “GÖYÇAYI SATMAĞA” QARIŞIB

0
2

Prezident İlham Əliyevin cəsarətli sərkərdəlik qabiliyyəti və uzaqgörən siyasəti nəticəsində Qarabağımıza qovuşduq. Ali Baş Komandanın hər bir əmrini qətiyyətlə və mərdliklə yerinə yetirən igid əsgərlərimiz prezidentində dediyi kimi, məhz onun hakimiyyəti dövründə yetişmişdir. Onu da bir daha vurğulayaq ki, müharibə dövründə Azərbaycan ordusu tərkibində bir dənə də olsun fərari qeydə alınmamışdır. Həmin fakt döyüşçülərimizin nə qədər vətənpərvər, qürurlu və yenilməz olduğunu təsdiq edir. Bəs qaniçən erməniyə qalib gələn döyüşçünün hər hansı maddi problemə məğlub olması, dövlət tərəfindən hər bir dəstək verildiyi halda, hansısa səbəbdən bu dəstəkdən, qayğıdan məhrum olması nə dərəcə də düzgündür?

Söhbətin hansı müəmmalardan getdiyinə daha yaxşı bələd olmağınız üçün Vətən müharibəsi Qazisi tərəfindən KAİM.az redaksiyasına göndərilən şikayət ərizəsini nəzərinizə çatdırırıq.

“Vətən müharibəsi Qazisi Göyçay şəhəri Səyyaf Xəlilov küçəsi ev 36 sakini Əsgərov Mehman Mahir oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident Sizə bildirmək istəyirəm ki, mən Göyçay rayon sakini 1995-ci il təvəllüdlü Əsgərov Mehman Mahir oğlu 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənimizin azadlığı uğrunda gedən döyüşlərə qatılmışam. 190 saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdim. Döyüşərək düşmənin işğal etdiyi əraziləri azad etdikcə, daha da yüksək əhval-ruhiyədə olurduq. Düşmən tərəfindən atılan artilleriya zərbəsilə ağır yaralandım. Diaqnozum budur “Açıq kəllə-beyin travması. Sağtərəfli alın sümüyünün içəriyə basılmış qəlpəli sınığı, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sağtərəfli alın nahiyəsinin epidural hematoması. Sağ ağciyərin əzilməsi və intraparenxematoz yad cismi (qəlpə), sağtərəfli hemotaraks, sağtərəfli hematomanın və sümük qəlpələrinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət”.

2020-ci ilin dekabr ayında təxris olunmuşam.

Həqiqətən də istər döyüşlər zamanı, istərsə də xəstəxana və hospitallarda xüsusi gözəl qayğı görmüşəm. Lakin, təəssüflər olsun ki, yaşadığım Göyçay rayonunda dediklərimin tam əksilə qarşılaşdım. Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir dəfə belə olsa mənimlə maraqlanmayıb. Məni sayıb ziyarətə gəlməyəcəklərini anladım və özüm xəstə halda birtəhər yatağımdan qalxıb şəhər icra hakimiyyətinə getdim. İcra başçısı Mehdi Səlimzadə məni qəbul etmədi, köməkçisi vasitəsi ilə ona xahişimi çatdırdım. Bildirdim ki, “Ailəmizin maddi durumu çox aşağı səviyyədədir. Mənim fiziki əmək qabiliyyətim yoxdur. Hazırda heç bir sosial müavinət və ya pensiya almırıq. Şəhərin mərkəzində təxminən 15 kv metr boş yer görmüşəm. Həmin ərazidə qeyri-yaşayış obyektinin tikintisinə başlamağım üçün, mənə həmin yerdən 15 kv-m maqazin tikintisi üçün yer satılmasını və ya ayrılmasını xahiş edirəm”.

İcra başçısı köməkçisi vasitəsilə cavab göndərdi ki, bu mümkün deyil. Müxtəlif bəhanələr gətirildi ki, həmin ərazi bizə aid deyil, buna rayonun memarı baxır. Beləcə mənə rədd cavabı verdilər.

İcra başçısı Mehdi Səlimzadənin bu cavabı tam yalandır. Çünki, icra başçısı rayonda yerləri özü şəxsən külli miqdarda pul alaraq satıb talan edir. Göyçayda şəhər və kənd bələdiyyələri Mehdi Səlimzadənin razılığı olmadan bir qarış yeri sata bilməzlər. Buna misal üçün Mehdi Səlimzadə Göyçay şəhərində çox mənzilli yaşayış binalarının, xeyir-şər evinin yerini, yolu, yaşıllığı maqazin tikintisi üçün müxtəlif adamlara satmışdır. Bu adam hətta yeri satmaq üçün yaşıllıqları məhv etmişdir.

Mən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün gedən döyüşlərə qatıldığım zaman düşünmürdüm ki, bir gün möhtac olacam və gəlib Mehdi Səlimzadəyə ağız açacam. Döyüşlərdən gəlmişəm deyə heç kimə minnət etmirəm. Çünki, Vətən anadır və biz millət olaraq heç bir təmənnasız onu müdafiə etməyə borcluyuq.

Cənab Prezident mən Sizin “Şəhid ailələrinə, qazilərimizə sahib çıxmalıyıq” sözünüzü rəhbər tutaraq bildirmək istəyirəm ki, yaşadığım Göyçay rayonunda icra başçısı tərəfindən dedikləriniz yerinə yetirilmir. Tanıdığım bir çox Şəhid ailəsi, qazi və veteranlar vardır ki, Mehdi Səlimzadə onlardan xəbərsizdir. Bu adam ancaq kapital topalamaqla məşğuldur, gözü isə heç vaxt doymur. Mehdi Səlimzadə yaramaz fəaliyyəti ilə Göyçay rayonunda ciddi narazılıq yaradıb. Buna görədə ən çox şikayət olunan rayonlar sırasında Göyçay birincidir.

Elə bu səbəbdən də şikayətimi Sizə bildirirəm. Sizdən xahiş edirəm yuxarıda qeyd etdiyim cəmi 15 kv metr olan boş torpaq sahəsinin mənə ayrılmasına, orada kiçik maqazin tikilməsinə köməklik göstərəsiniz.

Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!
Əlaqə telefonu: (050) 487-21-11

Qeyd: Mövzu ilə əlaqədar digər tərəflərin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin