ŞOK GƏLİŞMƏ! Ərdoğandan ” canını qurtarmaq” istəyən güclərin yeni oyunu – DETALLAR

Osmanlı İmperiyasının çökməsindən bəri konspirasiya nəzəriyyələri Türkiyədə uzun müddət mədəni və siyasi həyatın bir hissəsi olub. Siyasi tənqidçilər hakimiyyətdə olduğu son 17 il ərzində Ərdoğanı Türkiyənin xarici düşmənlər tərəfindən mühasirəyə alınaraq ölkənin zəifləməsinə çalışıldığı və Osmanlı dönəmindəki gücünün qazanılması kimi fikirlər daha çox körükləməkdədir.

Türkiyə liderinə qarşı olan güçlər hər vəclə, Şərqi Aralıq dənizindəki mühbahisəli vəziyyəti alovlandıraraq bunu 1453-cü ildə Osmanlı imperiyasının İstanbulu fəth etməsinə bənzədərək münaqişələr və savaşla qiymətləndirib,  Türkiyənin şöhrətli keçmişə qayıdışdan bəhs edərək avropada təşviş yaratmağa çalışırlar.

Qərb diplomatları və bəzi analitiklər Ərdoğanın xarici anti-türk qüvvələrindən müntəzəm şikayət etməsinin irəli sürülən konispirasiya fərziyyələrini reallığa çeviriləcəyini iddia edərək, ola biləcək hadisələrdən istifadə etmələri görünməkdədir.

NATO müttəfiqi Fransa ilə Liviyaya qarşı beynəlxalq silah embarqosu mübahisəsindən tutmuş, Ankaranın dəstəklədiyi  xüsusi qüvvələrin oraya göndərilməsi, Suriya və Dağlıq Qarabağdakı hərbi əməliyyatlar, Kipr sahillərindəki qazma və seysmik fəaliyyətləri ilə Ərdoğan özünə qarşı ciddi opponentlər siyahısı tərtib edib.

Ankara hər fürsətdə dünya səviyyəsində daha böyük rola sahib olmaq naminə müttəfiqləri və düşmənləri ilə üz-üzə gəlməkdə israrlı olsa da qərb diplomatiyası Türkiyənin yaxın qonşuları və digər böyük ölkələr ilə münasibətlərində yeni fəsadlar olacağını deyir. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssi Hiter Konley  bildirib ki, “Türkiyənin bütün bu siyasi addımları və hərəkətləri artıq təhlükəli bir gərginlik nöqtəsinə çatıb…”.

Qərbin Ərdoğana qarşı daha bir cəhdi (çevriliş) şübhəsiz.  Qərb mütləq Ərdoğandan “xilas olmaq” üçün bunu etməyə çalışacaq.  Ərdoğan Suriyada İdlib kimi ən çətin mövzuda Rusiya ilə razılaşması Amerika və Çin kimi güc sahibi dövlətlərin diqqətindən uzaqda ola bilməz.

Qərbdəki siyasətçilər Türkiyəyə qarşı sanksiyalar tətbiq etdirərək  daha çox iqtisadi gücünə əngəl olmağa çalışmaqdadırlar. Dünyaya meydan oxuyan Amerika hökuməti Türkiyəyə sanksiyalar paketini təsdiqləyib. Bunun ardınca isə ABŞ XİN rəhbəri Mike Pompeo rəsmi Ankaranı S-400 məsələsi ilə bağlı problemi həll etməyə çağırıb.

Görünən o ki, Ankaranın  Rusiya ilə yaxınlaşması güç dövlətlərini rahatsız edir. İqtisadi sanksiyalar, silah embarqoları ilə Türkiyəni çətin duruma qoymaq istəyən güçlər  Ərdoğandan ” canını qurtarmaq” istəyirlər. Amma, Vaşinqtondakı dəyişikləri nəzərə alaraq deyə bilərik ki,  bu mükün görünmür.

“Kaianat” analitik informasiya mərkəzi

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin