Salyanda şəhid atası vəfat etdi, icra başçısının məclisə getmədiyi iddia olunur

0
8
Salyan rayonunda Vətən Müharibəsində şəhid olan hərbçinin atası vəfat edib.
KAİM.az xəbər verir ki, Vətən Müharibəsində şəhid olmuş 21 yaşlı Elməddin Qasımovun atası, 1976-cı il təvəllüdlü Aqil Qasımov qəfil dünyasını dəyişib.
Bildirilir ki, hadisə Salyan rayonun Təzəkənd kəndində baş verib. Hər kəsin toplaşdığı hüzür məclisində qeyri-məlum səbəblərdən icra başçısı iştirak etməyib. Deyilənlərə görə, icra başçısı Sevindik Hətəmov vəfat edən şəhidin valideyninin yaxınlarına baş sağlığı da verməyib. Məlumata görə, icra başçısı biznesi ilə bağlı vacib görüşmədə olub.
Qeyd edək ki, icra başçısının biznes görüşündə olmasını, onun müavinlərindən biri hüzür məclisində, vəfat etmiş şəxsin yaxınlarına deyib. Və, rayon rəhbərinin orada olmamasına görə üzrxahlıq etdiyi də iddia olunur.
Redaksiyadan: Gecə saatları oluduğu üçün icra başçısının orda olub, olmadığını dəqiqləşdirə bilmədik. Bununla bağlı məlumat verməyə çalışacağıq.
Qarşı tərəfidə dinləməyə hazırıq.

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin