“Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir.” – ARAŞDIRMA

Daxili stabillik hər bir ölkə üçün çox önəmlidir. Çünki, ölkənin gücü, inkişaf tempi, xarici siyasəti daxili şəraitdən aslıdır. Daxildəki qarşıdurmalar, mərkəzdən qaçmalar və bu kimi hallar dövləti zəif salaraq xarici təhdidlərlə üz-üzə qoyur.

Bu gün regionun inkişaf etmiş və qalib ölkəsi olmağımıza baxmayaraq hələ də daxildə və xaricdə bir çox problemlərimiz var. Belə ki, Ermənistan maşası ilə Azərbaycanı öz təsiri altında saxlamağa çalışan rus şovinizmi ən böyük problemlərimizdən biridir. Özünü sovetlər birliyinin varisi hesab edən Rusiya keçmiş birlik respublikalarının mustəqilliyini qəbul edə bilmir. Bu səbəbdən də müxtəlif vasitələrlə, xüsusən, münaqişələr yaratmaqla öz hökmranlığını bərpa etməyə çalışır.

Ermənistanın rəsmi Bakıya qarşı ərazi iddiaları da bu qəbildən olan problemlərdən biridir. Moskva bu münaqişə ilə yanaşı Azərbaycana qarşı talış və ləzgi separatçılığından həmçinin Rusiya ərazisində işləyən təxminən iki milyon vətəndaşımızın deport oluna biləcəyi ilə təzyiq edir. Bu sadaladıqlarımızla yanaşı son günlər Rusiya silahlı qüvvələri sülhməramlı adı altında işğalçılıq edərək ikinci qondarma erməni dövləti yaradır. Üç ölkə rəhbərliyi tərəfindən imzalanan 10 noyabr bəyanatını kənara qoyub, öz məkrli planını icra edən Rusiyanın durdurulması lazımdır.

Ruslara xatırlatmaq lazımdır ki, Kəlbəcərdə alban kilsəsini erməniləşdirib toy edib kamera tutmaq onların işi deyil. Həmçinin terrorçu başı,uşaq qatili Arayiki qucaqlayıb öpmək, müzakirələr aparmaq, terrorçu qüvvələrə himayədarlığın göstəricisidir. Hər keçən gün Xankəndinə erməni daşımaq, ev tikmək, su, qaz, elektrik enerjisini bərpa etmək, qondarma əski parçasının altında təhsil müəssisələrinin açılışını etmək, tort paylamaq bəyanatın əməli icrası deyil. Rusiya tarixən diplomatik dili başa düşməyib. Hər zaman rus işğalçılıq siyasəti aparıb və hərb meydanında say üstünlüyü ilə qalib gəlib. Müasir dünya, qarşılıqlı münasibət və dövlətlər arası əlaqələrdə bərabər hüquq anlayışı rus şovinizmində yoxdur.

Bu faktlar Rusiyaya inanmamağımıza əsas verərək, onlardan bəyanatın şərtlərinin icrasını tələb etməyimizə əsas verir. Günümüz bizdən tələb edir ki, “Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd Azərbaycandır!” şüarı ilə mübarizəmizi davam etdirək.

Şahmat taxtasında birinci şərt daşları yerinə düz qoymaqdırsa, qızıl şərt həll edici gedişi vaxtında etməkdir. Yəni hər şeyi zamanın ixtiyarına buraxmaq olmaz. Bu gün Azərbaycanın ətrafında böyük oyunlar gedir. Bu oyunu düzgün qiymətləndirmək şərtdir və strateji səhv etmək haqqımız yoxdur. Rəqiblər və hədəf məlumdur. Cəsarətli və ardıcıl siyasət yürütməklə məqsədimizə çata bilərik, daha doğrusu ədaləti tam bərpa edə bilərik. Biz ölkə başçısına inanırıq. İnanırıq ki, İlham Əliyev qətiyyəti Azərbaycan dövlətini dahada inkişaf etdirəcəkdir.

Xankəndi, Xocalı, Ağdərə, Xocəvənd Azərbaycandır!

“KAİNAT” Analitik İnformasiya Mərkəzi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin