TƏCİLİ!”Rusiya sülhməramlıları ilə birgə antiterror əməliyyatı keçirib Əsgəran və Hadrutu qaytarırıq” – erməni general(VİDEO)

“Sərhədlər və bizim statusumuz dəqiqləşdiriləcək. Ermənistan və Rusiya ilə iş apardıqdan sonra Əsgəran rayonunun bir hissəsini və Hadrut rayonunu qaytaracağıq”.
KAİM.az xəbər verir ki, bunu yerli TV-yə müsahibəsində “Qarabağ Təhlükəsizlik Şurasının” rəhbəri Vitali Balasanyan bildirib.

 

“Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik”, – deyə o bildirib.
Yerevana ikigünlük səfərinə toxunan Balasanyan bildirib ki, bu, Ermənistan SQ-nin Baş Qərargah rəisi və müdafiə naziri ilə görüşmək məqsədilə təşkil olunmuş rəsmi səfər idi. /Yeni Sabah

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin