Rəsmi Tehran Ərdoğanı sərt tənqid etdi-“ARAZIN ŞİMALI ANA VƏTƏNİMİZDİR”

İran Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında Türkiyə prezidentinin paradda səsləndirdiyi Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirinə cavab verib.

İran XİN rəhbəri Cavad Zərif Ərdoğanın Bakıda dediyi şeirdəki “Arazı zorla ayırdılar” ifadəsinə etiraz edib:

“Ərdoğana izah etməliydilər ki, o yaman gündə dediyi şeirdə Arazdan şimaldakı torpaqların Ana vətən İrandan zorla qopardılmasından bəhs edilir. Ərdoğan başa düşmür ki, bu şeir həm də indiki Azərbaycan Respublikasının suverenliyini sual altına alır? Heç kəs bizim sevimli Azərbaycanımız haqda belə danışa bilməz!”

Verilən məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın paradda səsləndirdiyi şeir səbəbindən Türkiyənin Tehrandakı səfiri Derya Örs İranın XİN-nə çağırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin