Qarabağ yenidən “işğal” oluna bilər – Dövlət başçısı həyəcan təbili çaldı

0
6
Jalə Mütəllimova-Seyidli

İzn ver, regional idarə tikim…

İzn ver, zastava tikim…

İzn ver, mərkəzi bankın baş  idarəsini yaradım…

İzn ver, aeroport anbarı tikim…

Beləcə, “izn ver” sədaları artır…

Beyni iflas edir adamın. Və çıxıb efirdə deməli olur ki, əl çəkin, yerinizi, bilin, işinizi görün, vermirəm, vəssalam!..

***

Əslində bu günədək olanların nəticəsi idi bu. Zaman-zaman edilən xəbərdarlıqların kuliminasiyası da sayıla bilər olanlar. Yəni hər şey indi və bu gün baş verməyib. Buna keçmiş məcbur edir. Bu aydın sabah üçün keçmişin tələbidir. İllərdir Azərbaycanın bir də o problemi var ki, ifrat səbir nümayiş etdirildi. İyirmi ilə yaxındır, siyasi liderin yanında fağır görkəmdə duranlar, dövlətin qanın sorur, BÜDCƏDƏN. Rüşvətlə, korrupsiya ilə insanların  “canını alıblar”. İnsanlardan azdırlar, amma güclüdürlər, sağlamdırlar, maddi imkanları güclüdür. Birinci şəxsə zəng edəcək  “qırmızı telefonları”, bərk oturmağa “qırmızı stolları” var. Odur ki, kürəkləri yerə gəlmir.

Prezidentin fevralın 1-də AzTV-yə verdiyi  müsahibəsində adıçəkilən, fövqəladə hallar nazirimi, sərhəd qoşunları komandanımı, ölkənin baş bankirimi, baş suçusumu, baş torpaq satanımı belədir təkcə, əsla?! Ölkədə onların balaca formasında adamlarla doludur. İndi təxminən belədir mənzərəmiz. İnsanlar gücdən düşmüş, ac, kasıb, yorğun. Məmurlar bəzəkli, varlı və kef içində, durumda. Və o qədər səlahiyyət veriblər  özlərinə, izn istəyirlər rəhbərdən. İzn ver, tikək…

Yəni biz də Qarabağda biznesə başlayaq, qazanc əldə edək, bu tərəflərdən daha bir nəmənə çıxmır.

Dinimizdən mirasdır. Peyğəmbər deyib ki, üç şeyə sahib duracaqsan. Əlinə, belinə, dilinə…Yəni oğrulamayacaqsan, əxlaqsızlıq etməyəcəksən, satqınlıqdan qaçacaqsan… Bunlarsa imandan gələn üç qadağanın yeni məktəbini qurub. Hər şeyin əksini edən məmur ordusu yetişdirirlər.

***

Diqqət edirəm, biz də cəmiyyət olaraq durumu duyğusal dəyərləndiririk. Son çıxışında Prezident təkcə sadaladığı “adamyeyən” məmurlara yox, bütün cinahlarda, kabinetlərdə, vəzifələrdə oturanlara həm də onu deyir ki, yetər, ciddi SUBARDİNASİYANI gözləyin!

Yəni “izn ver” dövrü keçdi artıq. Subardinasiya gözləmək şərtdir, vacibdir, lazımdır, vəssalam!

Hərdən bilirsinizmi, nə düşünürəm. Bir mənzərə yaranır qarşımda, bu məmurlara indən belə də yer verilsə, Qarabağda onların bahalı obyektlərində nökər, fəhlə, ofisiant işləyən çox qazi əsgər, şəhid ailəsi, ata-anası, balası görəcəyik. Bəlkə orden medalları da elə yaxalarından asılı olacaq.

Bu mənzərə təbii ki, yırtıcı məmurun eyninə olmaz. Niyə? Onlar belə tərbiyə olunub, belə yaşayıb, belə ömür sürüblər axı. Ayağı baş eləməyi yaxşı bacarırlar. Odur ki, indi ölkədə çox şey baş-ayaqdır. Bir o yaxşıdır ki, deyəsən başlar da, ayaqlar da yerini tapır asta-asta. Nə deyək, təki…

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin