Prezidentin poetik ifadəsini təhdid hesab edən İranın farsayağı təlaşı

0
3

Dosta güvən, düşmənə qorxu salan Bakıda keçirilən parad 44 günlük Vətən Müharibəsinin qələbə tarixidir. Amma Azərbaycanın böyüyüb güclənməsi düşmən ölkə ilə yanaşı İranıda  çiddi şəkildə narahat etməyə başlayıb.

Göründüyü kimi, bir şeiri təhdid hesab edən İran, Bakıda möhtəşəm parada kölgə salmaq və bölgədəki türk gücünə qısqanclığını ortaya qoyur.

Rusiya, bölgədə böyük güc olaraq, bir NATO üzv dövlətinin  təsir dairəsindəki hərbi nümayişi barədə susarkən, İran olduğu kimi yenədə müəyyən mənada Azərbaycanın möhtəşəm uğuruna Türkiyə- Azərbaycan birliyinə kölgə salmağa  başladı.

Bakıda təşkil edilən hərbi paradda Araz  çayı ilə bağlı Ərdoğanın dediyi şeir İranın bütövlüyünü təhdid ola biləcək vəziyyət kimi dəyərləndirənlər yeni oyunlar qurma xəyallarına qapılmaqdadır.

İranın ictimai rəyi və mütəxəssisləri “Tehranın Ankaranın dağlıq Qarabağ bölgəsi üçün həddindən artıq tələblərinə cavab verməməsi işinin Ərdoğanı İranın ərazi bütövlüyünün təhtid etmə nöqtəsi olduğunu bildirən təxribatçı firəng cəsuslarının tvitləri də iki övlət arasında ixtilaf yaratmaq niyyətindən irəli gəlməkdədir.

İranın dini rəhbərinin qeyri-rəsmi sözçüsü olaraq danışan Hanizade, İranın min illik Türk hökmranlığını bir qələmlə silməklə, “təxribatçı farsçı diplomatiyasını”  işə salıb diqət çəkdirməklə, İran coğrafiyasındakı həqiqətləri gizlətməkdən  başqa bir şey deyil.

Ayrıca bu yanaşma, Türkiyənin İran arasındakı yaxın əlaqələrlə tutarlı olmadığını və bunun yalnız bu əlaqəni pozmaq istəyən mühitə xidmət edəcəyi heç də gizli olmadığından irəli gəlir..

Rəcəb Tayyib  Ərdoğanın Azərbaycana rəsmi səfəri zamanı oxuduğu şeir, dillərdə əzbər olan  Qarabağ şikəstəsi daha çox, daha yüksək oxunacaq ki, nə vaxtsa türkün Turan olacağını hər kəs anlasın və bilsin.

Bu gün Ərdoğanı şeir diplomatiyasında suçlayanlar bilməlidir ki, həmin bu cəsarətli türk oğlu 1997-ci ildə,

“Minarələr süngü, günbəz dəbilqəsi,
Məscidlər bizim barakımız, möminlər əsgərlər,
Bu ilahi ordu dinimi ucaldar,
Allahu Əkbər, Allahu Əkbər !!!”

şeirini oxudu və həbsxanaya məhkum edildi.

Və  həmin cəsarətli prezidentir ki,

“Onlar Arazı ayırdılar

Qumu doldurdular;

Səni tərk etməzdim

Zor ilə ayrıldılar”

deyib İrana bu qədər qorxu və təlaş yaratdı. Buda İranın bir şeirlə necə dizə gələ biləcəyini sübut etdi.

Xülasə görünən odur ki, Türkiyənin, Azərbaycana verdiyi hər tərəfli açıq dəstəkdən rahatsız olub hələdə yuxusunu qarışdıran “dost” ölkələr  var.

Var olsun Türkiyə – Azərbaycan qardaşlığı!

“Kainat” analitik informasiya mərkəzi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin