Polşanın tarixi siyasi DƏSTİ-XƏTTİ – Polşalılar “Polexit”-lə Avropa İttifaqından AYRILA BİLƏRMİ? / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Dünən İngiltərənin “The Sunday Times” qəzetində maraqlı bir məqalə diqqətimi çəkdi. Qəzet yazır ki, Britaniya hökuməti Şimali Kipri müstəqil dövlət kimi tanıya bilər. Əlbəttə, bu xəbər qəzetin iddiasıdır. Reallıq odur ki, Şimalı Kipri yalnız Türkiyə respublikası müstəqil dövlət kimi tanıyır. Adanın cənubu Kipr kimi Avropa İttifaqının üzvüdür, İngiltərə isə “Brexit” prosesini başlatmaqla Aİ-dən ayrılıb. Maraqlıdır, Britaniyada bu iddia onda çıxdı ki, Fransada “Artsax”-ın müstəqil erməni dövləti kimi tanınması xəbərləri yayılmağa başladı.

Mən siyasətdə təsadüflərə inanmıram.

Mövzumuz Polşanın yaxın gələcəkdə Avropa İttifaqından ayrılma ehtimallarıdır. Xülaseyi-kəlam, biz yaxın tarixdə “Polexit” adlı prosesə şahidlik edə bilərikmi?

Bəzən azərbaycanlı siyasətçilər, politoloqlar düşünürlər ki, Azərbaycan avtoritarizmdən qurtulub ən azından Polşa kimi “pre-democrasy” bənzəri bir sistem qura bilər. Görünür, konservativ təfəkkürlü azərbaycanlı siyasilər Polşanı hələ də yaxından anlaya bilməyiblər. Çünki, bu adamlar Avropa siyasətini dərindən öyrənməyə həvəs göstərmirlər. Ancaq Polşada reallıqda baş verənlər bizə ayrı mətləblərdən xəbər verir.

Çayınızı süzün və yaxın oturun…

Deməli, Polşada PİS adlı partiya son ümumi seçkilərdə 44% səs alaraq təkbaşına iqtidar olub.

Partiyanın adının mənası “Prawo i Sprawiedliwosc”-dur. Yəni, PİS abreviaturadır, azərbaycan dilinə tərcüməsi “Hüquq və Ədalət” deməkdir. Bu partiyanın nizamnaməsini internetdən araşdırıb oxudum. PİS, polyak xalqının dini, etnik, sosial paradiqmalarından yola çıxmış konservativ bir siyasi partiyadır. Polyaklar daha çox xristianlığın katolik məzhəbinə bağlıdır.

İqtidar partiyasının elektoratı mühafizəkardır və düşünürlər ki, Avropa İttifaqı həmişə onlardan öz maraqları üçün istifadə edir. Hətta ara-sıra Aİ-dən çıxmağı da yüksək səslə dilə gətirirlər.

Polşanın iqtidar partiyası PİS-in siyasi dünyagörüşünü belə təsnif edə bilərik;

  • Hökumət ölkənin ucqar yerlərində yaşayan çox uşaqlı ailələrə davamlı sosial yardım edir.
  • Xristian dəyərlər hökumətin fundamental prinsiplərinə daxildir.
  • LGBT, feminist qruplar daima basğı altındadır.
  • İqtidar partiyası müstəqil düşüncəli ziyalılara qarşı ögey münasibət bəsləyir.
  • Aİ-dən aldığı maddi yardımlarla yollar və körpülər inşa edir.
  • Seçkidə iqtidar partiyasına səs verməyənlər “xarici” qüvvələrin maşası kimi göstərilir.

***

Polşanın 1795-1918-ci illərdəki tarixi diqqətimi çəkir. Ölkənin qərbi Prussiyanın, şərqi isə çar Rusiyasının nəzarətində olub.

Nəticə olaraq, qərb şərqə görə daha çox inkişaf edib. Hətta qərbi polşalılar şərqdəki insanları geridə qalmış olaraq hesab ediblər. İqtidar partiyası PİS ən çox dəstəyi də ölkənin şərqindəki əhalidən alır. Ancaq maraqlıdır ki, şərqdə yaşayan polşalılar Rusiyanı heç vaxt sevməyiblər. Lakin, şərqi polşalılar Avropa dəyərlərinə də bağlı deyillər. Bundan istifadə edən PİS partiyası və onun lideri Yaroslav Kaçinski hər seçki zamanında bunu, necə deyərlər, qaşıyır.

Əslində, sağ mərkəzçi partiyalar həmişə xalqın dəyərlərindən, mentalitetindən həvəslə istifadə edir. 2013-ildə yaranan PİS-də polşalıların bu zəif damarından maksimum faydalanır. Maraqlıdır ki, ölkənin şərqində yaşayan polşalılar həddən artıq konspiroloji nəzəriyyələrə özlərini o qədər inandırıblar ki, liberal dəyərlərə nifrət edirlər.

Əvvala, Polşa ikinci dünya müharibəsindən 1991-ci ilə qədər “Varşava Müqaviləsi” təşkilatının üzvü kimi Sovet İttifaqının radiusunda olan ölkələrdən biri olub.

Təhlükəli olan odur ki, slavyan polşalılar Avropa dəyərlərindən uzaqlaşaraq yenidən avtoritar Rusiyaya yaxınlaşa bilərlər. Bax əsl təhdid budur.

***

Bir həqiqəti də etiraf etməliyik ki, polşalılar ikinci dünya müharibəsində nasistlərdən çox çəkdilər. Adolf Hitler dünya müharibəsinə 1939-cu ilin sentyabrın 1-də Polşaya hücum etməklə başladı. Təsadüfi deyil ki, polşalılar elə indi də almanları sevmirlər.

Müharibədən sonra polşalıların fransızlara simpatiyası daha da artdı. Lakin, 2000-ci illərin əvvəllərində polşalıların üstünlük verdiyi destinasiya İngiltərə oldu. Sadə polşalılar İngiltərədə həm ucuz işçi üzvləridirlər, həm də fransız və almanlara görə ingilislərlə daha yaxşı anlaşa bilirlər. Polşanın ən diqqətimi çəkən üstünlüyü odur ki, digər şərqi avropa ölkələrindən fərqli olaraq onlar Aİ fondlarından aldığı maliyyə yardımlarını kənd təsərrüfatının inkişafına yatırırlar.

PİS partiyasının lideri olan Yaroslav Kaçinski avtoritarizmi mənimsəmiş siyasətçidir. O, Polşada abortu qadağan edib. Bu üzdən, polşalı qadınlar gedib Çexiyada abort olurlar. Buna rəğmən, polşalılar Rusiyaya da yaxın olmaq istəmirlər. Polşalılar həm Avropa İttifaqı standartlarına uyğun həyat tərzi istəyirlər, həm də Aİ-in investisiyalarından, maliyyə yardımlarından əlverişli şəkildə istifadə etmirlər. Bunun səbəblərini aşağıdakı kimi ifadə etmək istəyirəm…

  1. Avropa İttifaqı demokratik prinsiplərə, çoxmillətli sosioloji sistemə əsaslanır. Fransa və Almaniya kimi ölkələr bu dəyərlərə üstünlük verirlər. Bu, Polşa kimi ölkələrdə belə deyil. Bəlkə də bu, xalqın sosioloji olaraq minolitliyindən qaynaqlanır. Yəni, monolit, təkqütblü cəmiyyətlərdə əcnəbilərə qarşı statik antipatiya mövcuddur. Məsələn, Polşa qonşusu Macarıstan kimi Suriyadan son illərdə bir dənə də olsun qaçqın qəbul etmədi. Təsəvvür edin, qaçqın yükünün altına girmir, ancaq Brüsseldəki maliyyə fondlarından yardımı həvəslə alıb hızmirabedən keçirirlər.
  2. Bəlkə də bu, kapitalizmin mahiyyətindən doğur; Almaniya və Fransa kimi ölkələr istehsal edir, ittifaqın Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya kimi ölkələri isə davamlı istehlak edirlər. Bu ölkələr düşünür ki, böyükbaşlara xidmətçidirlər. Yəni elit qruplar milyonlarını Polşa və Yunanıstan kimi ölkələrə açmasında perspektiv görmürlər.

Nəticə olaraq, bunu deyim ki, Polşadan başqa digər ölkələrində Avropa İttifaqından ayrılmaq ehtimalı var.

Bundan sonra, yüksələn Çin, Rusiya təhdidinə qarşı Avropa İttifaqının hansı tədbirləri görəcəyi də maraqlıdır…

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin