“Paşinyan Moskvada Əliyev qarşısında yeni kapitulyasiya sənədinə imza atacaq”-Avetik İşxanyan

“Düşünürəm ki, bu gün artıq hamı bilir- erməni cəmiyyəti artıq qondarma Baş Nazirin öz hərəkətlərini “xalqla” müzakirə etmədiyinə əmin olub”.

Kaim.az  xəbər verir ki, bu sözləri  hüquq müdafiəçisi Avetik İşxanyan öz  Facebook səhifəsində yazıb.

O, xatırladıb ki, Ermənistan baş nazirinin Moskvaya səfəri olacaq. Putin-Əliyev-Paşinyan arasında üçtərəfli görüşün baş tutacağı yanvarın 11-də gözlənilir. İclasın gündəliyi gizli saxlanılır və bu barədə yalnız təxmin etmək olar:

“Moskvada keçiriləcək görüşlə bağlı aşağıdakı narahatlıqlarım var.

Azərbaycan Prezidenti və bütün Azərbaycan xalqı tərəfindən məğlub, alçaldılmış, lağa qoyulmuş şəxs Əliyevlə necə görüşəcək?

Hörmətli həmvətənlər, bu münasibət tək Baş nazirə deyil, bütün xalqımıza qarşı təzahür edir, çünki hamımızı aşağılayan insana hələ də dözürük.

Bu rüsvayçı adam  hansı danışıqları apara biləcək və hansı sənədləri imzalayacaq?

9 Noyabrda təslim olmağımız  hamımız üçün sürpriz olduğu üçün Moskvada bizim üçün eyni dərəcədə alçaldıcı bir sənədin imzalanacağını düşürsünüzmü?

Bəs Syunik və Tavuş bölgələrinin kəndləri onsuz da yeni bir təslim sənədi ilə düşmənə keçərsə nə olar?

Düzi üstən qalxmalıyıq. Yoxsa gec olacaq. Mən xəbərdarlığımı etdim”

 

P.S.Göründüyü kimi erməni cəmiyyəti və siyasi dairələri Paşinyanın ikinci dəfə kapitulyasiya aktına imza atacağından bərk narahatdırlar.

İlqar Atabəyli (Atayev)

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin