Müxalifət aeroportu bağlamaq istədi-” Paşinyanı Moskvaya uçmağa qoymayın”

0
6

“Vətən” partiyasının  üzvü Arsen Babayan müxalifət tərəfdarlarını ona qoşulmağa və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya getməsinin qarşısını almağa çağırıb.

Kaim.az xəbər verir ki, bu haqda “Sputnik Armenia” yazıb.

Səfər, əvvəlcədən bildirildiyi kimi, 11 yanvar tarixinə planlaşdırılmışdı.

Babayan Facebook-da Paşinyanın Rusiyaya uçmasının qarşısını almaq üçün 08: 00-dan etibarən paytaxtın Zvartnots hava limanında olacağını yazırdı:

“Bizə qoşulun və birlikdə vətənimizin ölümünün qarşısını alacağıq. Ermənistan və Artsaxın mənafeyinə zidd olan hər hansı bir qərar qanunsuz olaraq tanınacaq və hakimiyyət dəyişikliyindən sonra lənətlənəcək” .

Göründüyü kimi Ermənistanda Paşinyanın ikinci kapitulyasıya aktına imza atacağından hamı narahatdır.

Müxalifət aeroportu mblokadaya almaq istəsə də bu baş tutmayıb. Paşinyan Moskvaya uçub.

 

İlqar Atayev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin