Lüksemburq möcüzəsi – Cırtdan ölkənin inkişafının ƏSL SƏBƏBİ NƏDİR? / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Bu yazımda oxuculara uğurlu Avropa ölkəsi olan Lüksemburq barəsində bəzi məlumatları çatdırmaq istəyirəm.

Lüksemburqun cəmi 600 min əhalisi var və adambaşına düşən gəlirə görə dünyada 1-ci yerdədir.

  • Lüksemburqda kənd təsərrüfatı və heyvandarlıq o qədər aşağı səviyyədədir ki, əhalinin heç 1%-i bu sektorda işləmir.
  • Lüksemburqun dünyadakı ən böyük 500 şirkət arasında yalnız bir şirkəti var. Və o da polad istehsal edir. Bu ölkədə demək olar ki, ciddi mal istehsal edən elə bu polad şirkətidir.
  • Bəli, Lüksemburqda kənd təsərrüfatı, heyvandarlıq, yəni ciddi istehsalat adına elə bir şey yoxdur. Bu ölkənin nə nefti var, nə qazı. Yuxarıda da yazdığım kimi, polad istehsal edən bir zavodu var. Lüksemburqun heç müstəmləkə tarixi də yoxdur.

İndi ortaya maraqlı sual çıxır: Necə oldu ki, Lüksemburq belə inkişaf etdi?

Çox sadə: Az miqdarda vergilər sayəsində transmilli şirkətlər Lüksemburqa ciddi investisiya qoyublar. Yəni, dövlətlər çox kağız pul əskinası buraxmaq yerinə, vətəndaşından cüzi vergilər alır və şirkətlərdə aparıb öz investisiyasını həmin ölkəyə yatırır.

600 minlik Lüksemburq əhalisinin banklarda hazırda 1 trilyon dolları var. Trilyon a…

Bundan başqa, Avropa ölkələrinin bir çoxunda sosial-demokrat hökumətlər və ya koalisiyalar iqtidar olsalar da, əhalidən yüksək vergilər alırlar. Bu baxımdan, aparıcı telekommunikasiya şirkətləri Lüksemburqu özlərinin paytaxtı seçiblər. Onu da qeyd edim ki, əhalinin 12%-i turizm sektorunda işləyir. Yəni, Lüksemburqun turizm gəlirləri də yüksəkdir.

Təsəvvür edin, kiçik Lüksemburq neft, qaz, buğda, arpa, avtomobil istehsal etmir. Bütün bunları xaricdən alır. Gördüyünüz kimi, çox şey istehsal etmirlər, ancaq gördükləri işi də yüksək səviyyədə görürlər. Müasir dünyada hər şeyi yaratmaq, inkişaf etdirmək tələb olunmur. Bir məhsul istehsal et, ancaq onu yüksək keyfiyyətli elə. Yəni, strategiya bu şəkildə olmalıdır. Lüksemburq elə bu inkişaf strategiyasına görə, dünyada adambaşına ən çox gəliri olan ölkədir.

Burada dahi Nizami Gəncəvinin məşhur bir deyimi yadıma düşür: Kamil bir palançı olsada insan, yaxşıdır yarımçıq papaqçılıqdan.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin