İLGİNC: Aprel döyüşləri cəmi bir neçə gündən sonra niyə DAYANDIRILIB? – ŞOK SƏBƏBLƏR

0
5

“Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış aprel döyüşlərindən artıq 5 il keçir. Bu döyüşləri 2020-ci ilin sentyabrında başlayan və erməni ordusunun darmadağın olması ilə nəticələnən ikinci Qarabağ müharibəsinin baş məşqi, torpaqlarımızın işğaldan azad olmasına aparan youn başlanğıcı, milli vətənpərvərlik ruhunun daha da güclənməsidə əsas faktor adlandırmaq olar”.

KAİM.az xəbər verir ki, bu fikirləri KONKRET.aza açıqlamasında BDU-nun professoru, politoloq Əlimusa İbrahimov səsləndirib. Politoloq bildirib ki, üzərindən onilliklər keçəndən sonra torpaqlarımızın işğaldan azad olunmasında əhəmiyyətli rol oynamış hadisələrin qiymətini verəcəyik: “Bu gün biz xalqımızın tarixində dərindən iz buraxan istər faciəli, istərsə sevinc dolu hadisələri doğma Qarabağımızla birlikdə yada salırıqsa, buna görə 5 il öncə baş verən aprel hadisələrinə borcluyuq. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Ordusu ilə Ermənistan Silahlı Qüvvələrinin qondarma Dağlıq Qarabağ respublikasının hərbi birləşmələri arasında münaqişə baş verdi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Madagiz kəndi istiqamətində yollar düşməndən azad olundu. Dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini işğaldan azad etdi. Aprel döyüşləri həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi”.

Əlimusa İbrahimov əlavə edib ki,  ermənilərin öz açıqlamalarına görə, onların döyüşlər zamanı itkilərinin sayının Azərbaycanın itkilərindən üç dəfə artıq olub: “Aprel döyüşlərində uğursuzluqlara görə o vaxtkı ermənistan rəhbərliyi və hərbçilərinin işi hələ də məhkəmədədir. Rusiyanın döyüşlərin saxlanması üçün Azərbaycana təzyiq etməsinə gəlincə, bu günlərdə Ermənistan Baş Naziri Paşinyanın verdiyi bəyanat sözügedən iddianı da alt-üst edir. O üzünü müxalifətə tutaraq deyir:“Əgər siz müharibədən ( 44 günlük müharibə nəzərdə tutulur) qaçmağı bacarsaydınız bunu 2016-cı ildə edərdiniz. Siz bunu bacarmadınız. Siz əraziləri qaytarmağa şifahi vəd verəndən sonra döyüşlər dayandı. Bəs biz müharibəni niyə saxlaya bilmədik?. Çünki sizin yalanlarınız müqabilində bizə inanan olmadı. Bizə deyildi ki, Ermənistan dəfələrlə torpaqları geri qaytarmaq vədi verib, amma yerinə yetirməyib. Buna görə bizdən yazılı, imzalanmış, müddət göstərilmiş sənəd təqdim etməyimizi istədilər.”

Politoloqun sözlərinə görə, Aprel döyüşləri haqqında bir yanlışlıq da məhz ermənilərin öz dili ilə aradan qaldırılır: “Döyüşlərin cəmi bir neçə gündən sonra dayandırılmasının səbəbi Rusiya və onun prezidenti Vladimir Putinin Azərbaycan və onun Ali Baş Komandanı İlham Əliyevə təzyiqi olmayıb, naxələf ermənilərin şifahi şəkildə üzərlərinə götürdüyü öhdəliklərdən dolayı bu baş verib. Aprel döyüşlərinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Erməni separatçıları uzun illər ərzində ordumuz haqqında mənfi fikir formalaşdırmağa cəhd ediblər.

Ermənistan bəyan edirdi ki, Azərbaycan ordusu zəifdir, onun gücü yoxdur və s. Aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan güclü orduya, yüksək psixloji duruma və döyüş hazırlığına malikdir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu hər an işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir və bunu artıq sübuta yetirdi. Aprel qələbəsinin digər baxımdan da mühüm nəticələri oldu. Bu, Azərbaycan ordusunun gücünü nümayiş etdirməklə yanaşı, xalqın orduya olan inamını da artırdı. Xalq bir daha əmin oldu ki, Azərbaycan ordusunda aparılan islahatlar, ordunun möhkəmləndirilməsi, güclənməsi istiqamətində görülən işlər mühüm əhəmiyyətə malikdir. Bu işlər 44 günlük müharibə zamanı öz real səmərəsini verdi”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin