İFŞA EDİLDİ! Ramiz Mehdiyevin “baba müxalifət” OYUNU və qorxunc YAZ PLANI

Ramiz Mehdiyev

“Ramiz Mehdiyev bütün günü çalışır ki, ölkədə siyasi sabitlik pozulsun”.

KAİM.az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyev R.Mehdiyevin ölkədə xaos yaratmağa çalışdığını bildirib: “İstəyir ki, qazanılan nailiyyətlərin üstündən xətt çəkilsin. Xarici dairələrdən aldığı göstərişi yerinə yetirir, çevrilişə cəhdin başında dayanır. Ramiz Mehdiyev məqsədli şəkildə müxalifəti şişirdir. Xatırlayırsınızsa, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra müxalifəti təriflədi. Həmin müxalifət də hazırda onun müdafiəsinə qalxıb. Yeni “baba müxalifət” yaranıb. Əli İnsanov. Görün Ramiz Mehdiyev Əli İnsanovun evinə kimləri göndərir? Ramiz Mehdiyev adamları çağırıb yanına ki, niyə Hafiz Hacıyevin partiyasına gedirsiniz, filan partiyaya gedin. Nə etmək istəyirlər? Yəni hazırlaşın, aprel, may aylarında sizə komanda verəcəyik. Komanda veriləcək ki, küçələrə tökülsünlər. Biz bunları deməliyik ki, bilsinlər ki, oyunlardan xəbərimiz var. Hakimiyyətdən qovulanlar, milyardı olanlar hamısı Ramiz Mehdiyevin yanındadır. O qədər pulları var ki, bəlkə də xəbərləri yoxdur, kiflənib…” / Musavat.com

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin