Ermənilər ŞOKDA: Bu məşhur Zavod Bakının nəzarətinə keçdi – SON DƏQİQƏ

0
3

Hadrut (Ağaoğlan) rayonunun Tuğ kəndində yerləşən “Kataro” şərab istehsalı zavodu Bakının nəzarətinə keçib.

Publika.az xəbər verir ki, bu barədə “SputnikArmenia”ya Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avag Arutyunyan məlumat verib.

O bildirib ki, üzüm bağları və şərabla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.

Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:

“Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar.

İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin