Erməni nazir: “Əliyev Paşinyanı istədiyi və bacardığı kimi alçaldır”- FOTO

0
6

“Ermənistanın heç bir lideri, Nikol Paşinyan  kimi alçaldılmadı.

Kaim.az  erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə keçmiş ədliyyə naziri Arpine Ovannisyan Facebook səhifəsində  Paşinyanın Moskvadakı görüşün əsir götürülmüş ermənilərin Azərbaycandan öz yurdlarına qayıtması məsələsini həll edə bilməməsinə dair açıqlamasına münasibət bildirərək yazıb:

“Kimsə bu siyasi cəsədin məhbus məsələsini həll edə biləcəyinə inanırdı? Doğrudanmı? İki həftə əvvəl, qardaşımın tutulması iddiası ilə (dolayı dəlillər var) dedim ki, Paşinyan Ermənistanı təmsil etdiyi halda, bu məsələ həll edilə bilməz. Bunu etmək istəmədiyi üçün deyil, edə bilmədiyi üçün. O, edə bilməz, çünki türk tərəfindən alçaldılmışdır. Ermənistanın heç bir lideri belə alçalmadı.

Əliyev onu istədiyi və bacardığı kimi alçaldır. Gücü var  – edir. Sadə bir insan həqiqətini deyirəm. Çətin və acı olsa da, qəbul etməyi öyrənin. ”.

İlqar Atayev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin