Deputat Malik Həsənovdan XƏBƏR VAR:Cəlilabaddan Çexiyaya qədər uzanan FANTASTİK SƏRVƏT – İDDİA

Mülkləri Cəlilabaddan Bakıya, Çexiyadan Dubaya qədər uzanan biznesmen deputat Malik Həsənovun inanılmaz sərvətinin olması iddia olunub.

KAİm.az – ın xəbərinə görə, “facebook” sosial şəbəkəsində yayımlanan “Cəlilabadımız” adlı səhifədə bu barədə  məlumatlar yayılıb.

Bildirilib ki, qardaşının gücünə erkən parlament seçkilərində qutudan güclə çıxarılan, sərvət yığmaq yolunda iri addımlarla irəliləyən M.Həsənovu  rayon camaatı çıraqla axtarır. Seçkiöncəsi qapı-qapı, ev-ev səs üçün gəzən Həsənovlar, rayona gələndə ancaq mülklərinə və obyektlərinə baxmaqdan ötəri təşrif edirlər. Bitib, tüknməyən mülklərin və öbyektlərin sahibi  M.Həsənovun YÜKSƏLİŞDƏN qabaq QAZ-53-dən başqa gümanı gələn qiymətli nəyisə olmayıb. Amma indi maşallah, Cəlilabaddan Bakıya, Çexiyadan, Dubaya qədər höküm sahibidir.

Ləğv edilmiş MTN-nin keçmiş rəhbərinin siyahısından deputat seçilməsi və bu dayaq hesabına  “Medilan hospital”ın, Bakıda və Cəlilabadda çox sayda iri obyektlərin sahibi M.Həsənovun olması ilə bağlı  Beynəlxalq araşdırmaçı jurnalistlər də maraqlı yazılarla çıxış etməlri elədə uzaq tarix deyil.

Beləki, bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında  bir çox oliqarx vəzifə sahibləri ilə yanaşı Malik Həsənovun da adı keçirdi.

Qeyd edilirdi ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovun da adı var idi. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş deputat M.Həsənov o qədər  pulları hardan əldə etməsi, Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) işçi qrupu trəfindən sual da edilmişdi. Amma nə fayda…!

Dupayda və Avropada fantastik daşınmaz əmlaka sahibi, “AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovun sərvəti bununla bitmir. Onun Türkiyədə və Azərbaycanda  sahib olduğu otellər, firmalar, şirkətlər və iri obyektlərinin də siyahısını oxuculara təqdim etməyə çalışacağıq. Bizi izləyin!

Onuda bildirək ki, Wikipedia -da  deputat Malik Həsənovla bağlı məlumat axtardıq. Deputatın bioqrafiyası ilə bağlı nəsə tapa bilmədik. Wikipedia bizə cavabı belə oldu:

7 saylı Cəlilabad şəhər seçki dairəsi

 Doğum ili: 1971

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

İctimai birliklər və dini qurumlar komitəsinin uzvü 

Regional məsələlər komitəsinin üzvü 

Deputatla əlaqə”

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin