Goranboy icra başçısı jurnalisti ağır təhqir etdi-BİABİRÇILIQ!!!

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü”nün iddia olunması barədə məlumat vermişdik. Qeyd etmişdik ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, icra başçısının oğlu Nazim Quluzadə İkinci Qarabağ müharibəsi zamanı ermənilərə “girov” düşüb.

Lakin araşdırmamız nəticəsində məlum oldu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak etməyib. Onun paytaxtda yerləşən “elit” hərbi hissələrin birində xidmət etdiyi bildirilir. Təbii ki, əgər buna “xidmət” demək olarsa…

Dəyərli oxucularımıza da məlumat verdiyimiz kimi, məsələ ilə bağlı Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyevlə əlaqə saxladıq.  O, əməkdaşımızın suallarına aqressiv və kobud cavab verib:

– Salam, Məhərrəm müəllim.

– Salam.

– Sizi “Hürriyyət” qəzetindən narahat edirik. Mediada yayılan xəbərlərə görə, oğlunuz Nazim Quluzadə ermənilər tərəfindən girov götürülüb. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur?

– Bu xəbəri yayan p…yeyir, dədəbədədəsinin ağzıyla…

Növbəti sualımıza keçid etmək istəsək də, cənab Quliyev telefonu üzümüzə söndürməklə kifayətləndi.

Hurriyyet.org

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin