Bu erməni Xocalıda göyərti, tərəvəz yetişdirib Xankəndində keyflə satır… – FOTO

Azərbaycan Respublikasının 1992-ci il fevralın 26-da Ermənistan tərəfindən əhalisi amansız soyqırımına məruz qalaraq işğal edilmiş Xocalı şəhərində qanunsuz məskunlaşmış Manvel Avanesyan 2016-cı ildən bəri burada rahatca istixana təsərrüfatı ilə məşğul olur.

KAİM.az xəbər verir ki, M.Avanesyan bu haqda Xankəndindəki separatçı erməni nəşrlərinə danışıb.
Onun sözlərinə görə, istixanasının sahəsi 340 kvadratmetrdir.

“Müxtəlif növ göyərti, o cümlədən pomidor və bibər yetişdirirəm. İstixananı qızdırıcılarla qızdırıram. Çünki ərazi o qədər də böyük deyil, buna görə bitkilər üçün kifayət qədər istilik verə bilirəm. Damlayıcı suvarma sistemim də var. İlin istənilən vaxtında malımızı satırıq. Hər il may ayında xiyar, iyun ayından isə pomidor satmağa başlayırıq. ” – deyir Avanesyan. Qazancından danışan erməni dığası mövsümə görə məhsulların qiymətlərinin dəyişdiyini, amma gündə orta hesabla 10-15 min dram qazandığını bildirib.

M.Avanesyan Azərbaycan torpağında yetişdirdiyi məhsullarını əsasən Xankəndi bazarında və ya “dirçəliş meydanı” (“Koltsevoy”) deyilən ərazidə satır.


P.S. Belə faktları Azərbaycanı “ermənilərin haqlarını tapdamaq”da suçlayan bəzi beynəlxalq qurumların qarşısına qoymaq gərəkdir… / moderator.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin