Bu ərazilərin də azad olunmasına qərar verildi – Onlarla “Bayraqdar TB2” PUA-lar döyüş vəziyyətinə gətirildi

Ukrayna Dəniz Donanması komandanı Aleksey Neijpapa Türkiyə istehsalı olan PUA-ları almağa hazırlaşdıqlarını bildirib.

Redaktor.az xəbər verir ki, o, açıqlamasında “Bayraqdar TB2” PUA-larının dənizdəki fəaliyyətini izlədiklərini qeyd edib:

“2021-ci ildə Dəniz Donanmasının üçün Türkiyə PUA-larına ehtiyacımız var. Sınaqdan keçirdik və nəticə çox gözəl oldu”.

Məlumata görə, Ukrayna Ordusu bu PUA-lardan Donbas və Luqanskdakı separatçılara qarşı istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Ordusu Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-larla düşmənə ağır zərbələr vurub. Sözügedən PUA-lar Liviyadakı hərbi əməliyyatlar zamanı da sınaqdan uğurla çıxıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin