Bir qocanın faciəsi, ahıllar evinə yerləşməsə məhv olacaq-VUDEOREPORTAJ

0
14

Həyətdə tutduğu məftildən tuta-tuta gəzir. Sanki köhnə trolleybus xəttdidir. Başqa çarəsi də yoxdur. Gözləri tutulub, qulaqları eşitmir. Köməyində olan kimsə yoxdur.

Kaim.az-ın bu dəfəki reportajı Bakıxanov qədəbəsində tək və köməksiz qalmış ağsaqqal Əskərov Ziyəddin Əli oğlu haqqqındadır.
Deyir ki, 2012-nin axırından gözləri görmür. Qalib İskəndərov adlı həkim aldadıb ki, görəcəksən, müalicə nəticə verməyib.
Videoda özü ətraflı danışır.

Qeyd edək ki, Dünyanı dərk edib, özümüzü tanıyandan ətrafımızda ata-anaya hörmət, ağsaqqala, ağbirçəyə dərin ehtiram görmüşük. Bu, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən olmuşdur. Amma təəssüf ki, bəzən bunun əksi də olur. Valideynlər övlad qayğısından kənar qalır, böyüyüb boya-başa çatdırdığı övladından soyuq münasibət görür, nəticədə qocalar evlərinin sakinlərinə çevrilirlər.

Bu məqamda yenə ümid qalır dövlətə. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini təşkil etmək məqsədilə Azərbaycan dövləti üzərinə düşən bütün funksiyaları layiqincə yerinə yetirir. Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir və son illər bu istiqamətdə mühüm işlər görülür.

Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri dövlət qayğısı ilə əhatə olunub. Dövlətimiz atılmış valideynlərə daim qayğı göstərir. Bu qayğı və diqqətin də əsasında min illərdən üzü bəri süzülüb gələn, milli mənəvi dəyərlərdən qaynaqlanan bir siyasi xətt durur…

Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır.

Aidiyyatı qurumlardan xahişimiz bu ahıl şəxsə kömək etməkləridir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin