Rusiya artistləri Qarabağdakı ermənilərə yeni il münasibətilə konsert verəcəklər – RƏSMİ

Rusiyanın Şimal Donanmasının Mahnı və Rəqs Ansamblının artistləri Qarabağa gəliblər.

Haqlı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlıları və erməni icmasını Yeni illə bağlı təbrikə gəliblər.

Ansambl kollektivi bayram ərəfəsində Qarabağdakı bütün 27 müşahidə məntəqəsində rus sülhməramlıları, Əsgəran, Xocavənd və Ağdərə rayon sakinləri üçün konsert verəcək, həmçinin Xankəndi internat məktəbində humanitar aksiya çərçivəsində çıxış edəcəklər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin