“On milyonlarla pulu basıb yedilər, əhali içməyə SU TAPMIR” – Dəhşətli FƏLAKƏT

18

“Son günlər Kür Xəzərə yox, Xəzər Kürə axır.  Artıq dəniz suyu 40 kilometr Kür çayında irəliləyib, su soranlaşıb. Nəticədə Neftçalada ekoloji fəlakət təhlükəsi var. Rayonun Mayak, Şirvanlı, Kürkəndi, Bankə, Tatarməhlə, Mirqurbanlı və ümumilikdə 15 yaşayış məntəqəsində su problemi mövcuddur”.

KAİM.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli fikir səsləndirib. O bildirib ki, əhəli istifadə etməyə su tapmır, çox ciddi içməli su qıtlığı yaranlb, aqrar sektorda suvarma problemi var, bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da səhv qərardır: “Kürün deltasında yaranan problemləri həll etmək üçün son illər büdcədən on milyonlarla pul ayrıldı, basıb yedilər. Kürün su resurslarının vəhşicəsinə istismar edilməsi və korrupsiya əməlləri, Kür deltası problemini 25 ildir həll etməyə mane olur”.

Natiq Cəfərli əlavə edib ki, kəndləri subasmadan qorumaq üçün deltanı təmizləyərkən elmi yanaşma olmadı: “Hesablamalar səhv aparıldı, indi həm buna, həm də Kürün suyu azaldığına görə Xəzərin suyu çaya qarışır, unikal ekosistem məhv olmaq təhlükəsi ilə üzləşir. Bu çox ciddi problemdi, ağılla, elmi yanaşma ilə təcili həll edilməlidir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin