Türkiyə və Avropa ittifaqı arasındakı “kreslo” BÖHRANI – Almaniya və Fransa gizli rəqabətinin ŞİFRƏLƏRİ

22
siyasi ekspert Kamal Əliyev

Keçən həftə Aİ Şurasının prezidenti Çarlz Mişel və komissiya rəhbəri Ursula fon der Leyenin Türkiyəyə səfəri baş tutdu. Bu iki avropalı bürokrat kifayət qədər nüfuzlu şəxslərdir və ittifaqın belə desək üzləridir.

Məsələ ondadır ki, hər iki avropalı bürokrat Türkiyə prezidenti Ərdoğanla görüşdükdən sonra Brüsselə qayıdıblar.

Ancaq bu gün Avropa mediasında Mişel və Leyenin Türkiyə prezidenti ilə görüşdə yaşadığı “hadisə” müzakirə olunur.

Belə ki, protokol qaydalarına görə Mişel Ərdoğanın sağında otursa da, Aİ komissiya rəhbəri Leyen oturmağa kreslo tapmır və məcburən divanda oturur. Halbuki Aİ iyerarxiyasına görə, Ursula fon der Leyenin protokolda yeri Mişeldən geri deyil.

Hətta görüntülərdə alman siyasətçi Leyenin üzündəki narazılıq ifadəsini görməmək mümkün deyil.

Hazırda qərb mediası yazır ki, Aİ-in yüksək çinli bürokratlarına Türkiyədə diplomatik hörmətsizlik edilib. Lakin məsələni araşdırarkən, ortaya başqa detallar çıxır.

Diplomatik və yaxud dövlət başçılarının xarici səfərlərindən əvvəl tərəflər arasında protokol qaydalarının yerinə yetirilməsi haqqında məsləhətləşmələr və yaxud hazırlıqlar olur. Məsələn, gələn xarici qonağın (fərq etmir prezident və ya nazir, nazir müavini, diplomatlar olsun) aeroportda qarşılanması, VP qaydaları, qalacağı otel və. s. İndi Türkiyəyə səfər edən Aİ-in ali rəhbərlərinin gəlişindən öncə də məsləhətləşmələr aparılıb.

Məlumata görə, Mişelin yaxın ətrafı Türkiyə tərəfi səfərin təşkil edilməsi haqqında bütün detalları razılaşdırıblar. Problem sadəcə odur ki, Aİ komissiyasının sədri Ursula fon der Leyenin də komandası səfər planı ilə razılaşıb. Türkiyə hökuməti isə bəyan edir ki, Aİ rəsmilərinin qarşılanması yüksək səviyyədə həyata keçirilib. Hətta qonaqların istəyinə uyğun olaraq, 4 nəfərlik naharda (Ərdoğan, Mişel, Çavuşoglu, Leyen) daha iki nəfər avropalı diplomatda iştirak edib.

Hazırda Avropadakı ana media iddia edir ki, bu ,bir “sofagate” böhranıdır və postpandemiya dövrü Avropaya gözlənilən qaçqın böhranını yaşamamaq üçün Ərdoğanın bütün təzyiqlərinə məruz qalırıq.

Məsələnin bir maraqlı tərəfi də odur ki, Aİ Şurasının prezidenti Çarlz Mişeldə səhvi nisbətən Türkiyə tərəfində görür.

Lakin həqiqət yuxarıda da yazdığım kimi heç də elə deyil. Bu diplomatik “narazılığ”-ın səbəbləri olduqca dərindir.

Belə ki, Çarlz Mişelin Avropa İttifaqı şurasının sədr seçilməsində Fransa prezidenti Emanuel Makronun rolu danılmazdır. O ki qaldı Ursula fon der Leyenə, onun da İttifaqın komissiya rəhbəri seçilməsində “Vitamin D” Almaniya federal kansleri Angela Merkeldir. Qərəz,hətta Aİ iyerarxiyasında Almaniya-Fransa rəqabəti gizli də olsa davam edir.

Bəzən bu rəqabət diplomatik etiket qaydalarını da poza bilir. Əslində, rəqabətin maraqlı tərəfi də budur…

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin