Ərdoğanın Bakı səfərində 2 mühüm nüans-HƏR ŞEY YENİ BAŞLAYIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 dekabrda baş tutacaq Bakı səfərinin gündəmindən bəzi təfərrüatlar məlum olub.

KAİM.az xəbər verir ki, Qarabağ qələbəsinə həsr olunan paradda iştirakı nəzərdə tutulan Türkiyə prezidenti İlham Əliyevlə birgə Vətən müharibəsində döyüşən qəhrəman əsgərlərimizi salamlayacaq.

Ərdoğan Qarabağda təhlükəsizliyin sığortasında Türkiyənin iştirakını rəsmən elan edəcək.

Paraddan sonra əsas müzakirə Türkiyə-Naxçıvan xətti olacaq.

Dağlıq Qarabağ zəfərinin ən əhəmiyyətli qazanclarından biri olan Naxçıvan dəhlizinin qurulması və Azərbaycanla Türkiyənin quru yolunun birləşdirilməsi masadakı ən əhəmiyyətli mövzudur.

 

Kənan

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin