Siyasi məhbusların adından istifadə edib varlanan MİLLİ TALANÇILAR-Maddi sərvət YARIŞININ QALİBİ KİMDİR ?

Bu gün cəmiyyəti düşündürən əsas məsələ qəhrəman qazilərimiz və şəhid ailələrimizin problemləridir. İctimaiyyətin sağlam düşüncəli hissəsi bu istiqamətdə öz imkanları daxilində dəstək verir. Təəssüflər olsun ki, özünü Milli Şura adlandıran qurum hər zaman olduğu kimi yenə də pafosla danışaraq öz kimliklərini gizlətməyə çalışırlar. Lakin unudurlar ki, dünya çox balacadır.

Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə Milli Şura üzvü Əli Kərimlinin qəhrəmanı Tofiq Yaqublu özünə yetmiş iki min civarında olan lüks aftomobil alıb. Xeyirli olsun  Daha yaxşısını alsın. Bizim kiminsə malında, mülkündə gözümüz yoxdur. Söhbət ondan gedir ki, bu “qəhrəman” Tofiq Yaqublu gecə-gündüz kim harda nə xərclədi, dövlətin malı belə talandı, filankəs filankəsdən pul aldı və bu tipli çıxışlarla hay-həşir salır. İndi Tofiq bəy zəhmət çəkib xalqımıza hesabat versin ki, bu məbləği kimdən, harda, necə və nə üçün alıb. Bu işdə Tofiq bəyə bir az yardım etmək istəyirik. Axı qəhrəmanı “xalqın problemləri ” çox yorur və yaddaşı yerində olmaya bilər.

Beləki, qonşu dövlətlərin birində işləyən bir qrup Azərbaycanlı ilə əlaqəyə keçən Kərimli və Yaqublu bu insanların siyasi savadsızlıqlarından istifadə edərək aylıq pul alırlar ki, siyasi məhbus ailələrinə xərclənəcək. Məhbusların adına alınan pullar bax beləcə xərclənir. Göndərilmiş pulların hesabı soruşulduq da isə həmin şəxslər təhdid edilir.

Bu gücü, qüvvəti Yaqublu hardan alır ? İnsanların milli hissi ilə oynamağa nə ad vermək olar ?

Tofiq bəyin kürəkəni Seymur Həzidə maşın almağa hazırlaşır. Əvvəlcədən xeyirli olsun deyək. Amma və lakin ay bəylər nə xəbərdir. Yoxsa kürəkən qaynata yarışa çıxmısız ? Birdə hardan tapdınız bu pulu ? Deyin hər kəs bilsin. Axı siz böyük demokratlarsız. Şəffaflıq istəyirsiz. Cəmiyyətə açıq olmaq lazımdır. İnsanları aldatmayaq.

Azərbaycan dövlətçiliyini, onun müstəqilliyini sarsıtmaq məqsədilə əməli fəaliyyət göstərənlərin önündə gedən Əli Kərimli və dərnəyinin mahiyyəti budur. O da sirr deyil ki, müxalifətçi partiya sədri adı altında maskalanan Kərimli və onun dərnək üzvlərinin, əsas məqsədi dövlətimizin strateji hədəflərinin sabotaj olunması, beynəlxalq aləmdə qazandığımız yüksək nüfuza erməni lobbisinin sifarişi ilə xələl gətirməkdir. Dayısı erməni olanın quyruğu xoruz quyruğu kimi çöldə olar.

“KAİNAT” Analitik İnformasiya Mərkəzi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin