Beyləqanda palma yağını kərə yağı adı ilə müştəriyə sırıyan sex- ZƏHƏR İSTEHSALI

0
9

Azərbaycan əhalisinin istehlakında mühüm yer tutan məhsullardan biri də süd və süd məhsullarıdır. Uzun illərdir bu məhsulların keyfiyyəti ilə bağlı cəmiyyətdə müzakirələr aparılır. İnsanlar, bir qayda olaraq, piştaxtalarda olan süd və süd məhsullarına deyil (yoğurt, dondurma və sair istisna olmaqla), fərdi şəxslərin təklif etdiyi məhsullara üstünlük verirlər.

Bu gün Bakı şəhəri istisna olmaqla, digər regionlarda əhalinin böyük əksəriyyəti məhz, heyvan saxlayan fərdi şəxslərin istehsal etdiyi süd, qatıq, şor, pendir, yağı alır. Hətta, Bakı ətrafı qəsəbələrdə də eyni vəziyyətdir. Kiçikli-böyüklü müəssisələrdə (“sex-zavod”) istehsal olunan məhsulların keyfiyyətinə inam aşağı səviyyədədir. Halbuki, normal halda emal olunmuş – müxtəlif zərərli maddələrdən (bakteriya və mikrooqranizmlərdən) təmizlənmiş hər bir məhsul istifadə üçün bu prosesi keçməyən məhsuldan daha təhlükəsizdir. Lakin Azərbaycan cəmiyyəti hələ də bunun əksini düşünməkdədir və istehlak davranışları da əsasən bu düşüncənin təsiri ilə formalaşıb. Digər tərəfdən, piştaxtalardakı süd və süd məhsulları fərdi təsərrüfatların məhsullarından 70-80 faiz bahadır.

Kaim.az-a Beyləqandan verilən xəbərdə bildirilir ki, rayonun Milabad qəsəbəsində yerləşən süd-pendir sexində südün yağını alıb, ona bitki mənşəli yağlar əlavə edirlər.

Bu sexdə istehsal olunan pendirin 60 faizi palma yağından ibarətdir.

Kərə yağı adı ilə əhaliyə sırıdıqları da palma yağıdır. Yoxsa kərə yağının kilosu 6 manata necə ola bilər? Bəs nədir bu palma yağı?

Palma yağı hətta ən ucuz bitki yağından belə ucuzdur, asan əldə olunur və uzun müddət qalır.

Artıq İndoneziya və Malayziyada palma ağaclarının qırğını bu ağacların tükənməsinə gətirib çıxarıb. Bu isə palma ağacının meyvələri ilə qidalanan tropik meşə heyvanların sonunu yaxınlaşdırır.

Çiy palma yağı – hələ emal olunmamış halda qırmızı-narıncı rəngdə olur. Bu isə onda olan çox miqdar beta karotin, yəni kökə rəng verən maddənin olmasındadır.

Əslində palma meyvəsi E, K, A vitamini ilə zəngindir. 50 faiz halda doymuş yağlar çoxdur, o isə insan üçün elə də zərərli sayılmır, əgər normada, uyğun dozada qəbul olunsa.

Biz isə təbii ki, toxumdan soyuq sıxılma ilə alınmış bu çiy yağı yox, rafinə olunmuş, sənaye baxımdan işlənmiş palma yağı yeyirik.

Onun heç bir qida tutumu və faydası yoxdur. Meyvələr təmizlənəndə karotinoidlər, antisokdantlar itirilir və yağ açıq sarı, ağ rəng alır.

Yağ yarı duru haldan bərk formaya keçəndə isə onda çox zərərli trans yağlar yaranır. Trans yağ damarları tutur, ürəyi sıradan çıxarır, beyin damarlarını tıxayır.

Bu sexdə şor, pendir və başqa ağartı məhsulların tərkibi bax belə naməlumdur. Əlaqədar orqanlar isə susurlar. Susmalarının və zəhər istehsal edən sexinin fəaliyyətinə göz yummaları isə maraqlıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin