Azərbaycanın tarixi Moskva görüşündəki MÖVQEYİ HANSI QAZANCLARI VƏD EDİR? – TƏHLİL

0
5

Moskvada Rusiya prezidenti V.Putin, Azərbaycan prezidenti İ.Əliyev və Ermənistan baş naziri N.Paşinyan arasında keçirilən görüşün nəticələrini aşağıdakı kimi təhlil etmək olar:

  • 10 noyabrda imzalanan atəşkəsə tərəflər bəzi istisnalar olmaqla əməl edir.
  • Müəyyən müddətdən sonra nəqliyyat dəhlizinin həyata keçirilməsinin mexanizmi hazırlanacaq.Yəni, 3 ölkənin baş nazir müavinləri nəqliyyat yollarının açılması üçün yol xəritəsi hazırlayacaqlar.
  • N.Paşinyan qeyd edir ki, hələ də Dağlıq Qarabağ problemi həll edilməyib və Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində nizamlama prosesində iştirak etməyə hazırdır. Əslində, Paşinyan Qarabağın statusunu burda müzakirəyə açır.
  • Buna qədər Azərbaycan tərəfi həm Madrid, həm də Kazan prinsiplərində Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək status verilə biləcəyini bildirib. Mən belə başa düşürəm ki, Paşinyanın əsas istəyi də rəsmi Bakının Dağlıq Qarabağa yüksək status verə biləcəyinə arxayın olmaqdır. Belə olacağı təqdirdə, Dağlıq Qarabağın statusu da həllini tapmış olur.

Eyni zamanda, Dağlıq Qarabağa status veriləcəksə, bölgəyə rəsmi adın verilməsini də ermənilər istəyir. Bu, Sovet dövründə DQMV idi.

Nəhayət, tərəflər arasında əsirlərin dəyişdirilməsi məsələsi də öz həllini tapmalıdır. Azərbaycanda hazırda xeyli sayda erməni əsir var. Mənim zənnimcə, bu məsələdə dövlət başçısı İlham Əliyev bölgədən bütün erməni silahlı birləşmələrin çıxarılmasını tələb edib. Düşünürəm ki, buna Azərbaycan tərəfinin tam haqqı çatır. Onsuz da ərazidə rus sülhməramlıları var və onlar etnik ermənilərin təhlükəsizliyini qoruyur. Bu halda, ərazidə ayrı-ayrı erməni diversant qrupların mövcudiyyətinə ehtiyac qalmır.

Həmçinin, İlham Əliyev qeyd edir ki, Ermənistan və Rusiya arasında Azərbaycan ərazisindən keçməklə dəmiryolu çəkilə bilər. O zaman, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan muxtar respublikası arasında birbaşa quru və dəmiryolunun çəkilməsinin qarşısında hər hansı maneə qalmır.

Kamal Əliyev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin