Adı Zərif, özü kobud fars-molla rejimi və terroristlərin pul maşını-ARAŞDIRMA

0
5

Robert Mathams demişdir ki, “strateji kəşfiyyat sülh vaxtı xarici siyasət və beynəlxalq təhlükəsizlik siyasətinin ana xəttini, müharibə zamanında isə gücün toparlanması, hədəfin müəyyən edilməsi və məqsədə çatmanın yollarını müəyyən edən vasitələrdən biridir”.

44 günlük Vətən Müharibəsi Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı dostu, düşməni də tanıtdı. Qardaş Türkiyənin sərgilədiyi mövqe “bir millət, iki dövlət” fikrinin sadəcə xoş gəlsin deyə söylənilən fikir olmadığını, Türkiyə-Azərbaycan qardaşlığını dünyaya isbat etdi.

Bu Zəfər günündə ağlayan təkcə işğalçı Ermənistan deyildi. Ermənilərin böyük qardaşı fransızlar və əkiz bacıları olan İran molla fars rejimidə ağlayırdı. Özünü demokratiyanın anası hesab edən Fransa bu həyasızlığı ilə əsl kimliyini ortaya qoydu. Bütün bu olanlara baxmayaraq fransız qul beçələri, daha doğrusu özlərini demokratiyanın uşaqları hesab edən Tofiq Yaqublu və Arif Məmmədov indi soyadını dəyişib Şahmarlı edib Makron hökumətinə haqq qazandırmağa çalışır.

Tofiq və Arif kimi və nəyi müdafiə edir ?

Bunların Azərbaycan sevdası, özgürlük mücadiləsi nədən, kimdən ötədir ? Böyük ehtimalla Sorosun pul paylama maşını olan Sunna və Gulnoza Said Tofiq Yaqublu, Arif Şahmarlı və bunlar kimi zəlil zəlilərə aldıqları pulun müqabilində fransa həyasızlığını müdafiə etməyi tapşırıb. Bunlarda canla başla xidmətdədirlər. Təki göy kağız əskik olmasın. Budur Tofiqin, Arifin ümumiyyətlə bu camiənin yəni özünü Əli Kərimli aşiqi elan edən zümrənin mahiyyəti.

Əslində Kərimli dərnəyinin mahiyyəti, mahiyyətsizlikdən ibarətdir. Çünki hər şeylərini pula satıblar .

İran fars molla rejiminin baş diplomatı Zərif adlı şəxs Ərdoğanın Azadlıq meydanında Zəfər günündə söylədiyi “Araz” şeirini əsas götürərək Türk dünyasına qarşı fikir bildirib. Elə həmin gün iranlı politoloq Diako Hosseini özünün sosial şəbəkə hesabında təəssüflənərək qeyd etmişdir ki , “İran Qarabağ savaşında səhv etdi. Ermənistanı müdafiə etməliydik”.

Ağa Diako kimi aldatmaq istəyir ? Zatən İran bacardığı dəstəyi işğalçı Ermənistana verib və hazırda da verir. Bir günün içində fars molla rejiminin baş diplomatı və məhşur politoloqu sayaqladı . Bu sadə sayaqlama deyil. Fars hiyləgərliyi, şərəfsizliyi hər kəsə məlumdur. Bəs niyə Zəfər günündən sonra adı Zərif olan şəxs kobudluq etdi ?

Ağa Zərif daha doğrusu fars molla rejimi illərdir əsarətdə saxladığı Türkün gücünü gördü.

Bu güc dosta güvənc, düşmənə qorxudur. Zərif qorxudan danışır. Bir növ quyruq bulayıb hürən it kimi.
Ərdoğan məlum çıxışında regionda yeni bir birlikdən də danışdı və həmin birlikdə İranın da adı var idi. Həmçinin cənab prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə gedərkən Cəbrayıl rayonu ərazisində Azərbaycan-İran dövlət sərhədini göstərərək bu qardaşlıq sərhədidir dedi. Bəs niyə Zərif və fars hökuməti bu fikirlərə münasibət bildirmədi ? Çünki fars molla rejimi regionda sülhün bərqarar olmasını istəmir.

Narkotik alverçisi, terror himayəçisi olan fars molla rejimi azadlığı, ədaləti qəbul edə bilməz.

“KAİNAT” ANALİTİK İNFORMASİYA MƏRKƏZİ

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin