Müharibə iştirakçısı ilə polis arasında yaşanan insidentə AYDINLIQ GƏTİRİLİB-VİDEO

TV 24.AZ kanalının Goranboyda özbaşınalıq anarxiya baş alib gedir deməsi kanalın qərəzli olmasından xəbər verir.

“Bu Goranboyda bir rəhbər yoxdurmu ki, problemləri həll edib işləri nəzarətdə saxlasın?” deyən Tv24.az kanalının rəhbərliyinin nəzərinə çatdırırıq ki, Goranboyda rəhbərdə var problemləri həll edib işləri nəzarətdə saxlayanda. Elə ittiham etdiyi Goranboy rayonunun rəhbərliyinin və hüquq mühafizə orqanlarının vətən müharibəsində şəhid olmuş igid oğullarımızın adına layiq qarşılanıb dəfn olunmasını təmin etməsi göz önündə olmuşdur, buna görədə adını çəkdiyimiz kanalın rəhbərliyinə burdan səslənirik ki, problemli məsələlərə üstünlük verməyi bir kənəra qoyub hərdən Goranboy Rayon İcra Hakimiyyətinin və Goranboy hüquq mühafizə orqanlarinin 44 günlük müharibə ərəfəsində gördükləri müsbət işləridə çəkib göstərsə pis olmazdı. Kanalın rəhbərliyinə bildiririk ki, medianın işi problemlərlə yanaşı görülmüş müsbət işləri də işıqlandırmaqdan ibarətdir. Belə olan halda Goranboyluları rəhbərsizlikdə, Goranboyun asayişini gecə-gündüz qoruyan hüquq mühafizəsi olmayan rayon adlandırmaq qərəzdən başqa birşey deyildir.

İndi isə gələk əsas məsələyə kanalın Goranboy sakini Abdullayev Nicat Cövdət oğlu barədə yayımladığı videogörüntülərə. Kanaldan fərqli olaraq məsələni araşdırdıq və problemin nədən qaynaqlandığının səbəbinə vardıq. Bildirmək istəyirik ki, baş vermiş xırda insidentlə bağlı Abdullayev Nicat Cövdət oğlu Goranboy rayon polis şöbəsinə dəvət olunmuş və yaşanmış insident polis şöbəsinin rəhbərliyi tərəfindən yerində araşdırılaraq məsələyə hüquqi qiymət verilmişdir və baş verən anlaşılmazlıq yerindəcə həllini tapmışdır. Abdullayev Nicat Cövdət oğlu ilə aparılmış söhbət zamanı dostları ilə yeyib içdiklərini bildirmişdir. Elə bu səbəbdən də spirtli içkinin təsiri altına düşərək polis əməkdaşları ilə aralarında insident yaşandığını demişdir. Abdullayev Nicat Cövdət oğlu insidentə görə heç bir şikayətinin olmadığını bildirmişdir. Bildirmək istəyirik ki, Oxuinfo.az saytının əməkdaşı ictimai fəal Elçin Tağıyev yaranmış mübahisəli məsələ ilə bağlı dərhal Goranboy rayon polis şöbəsi ilə əlaqə saxlamış və Abdullayev Nicat Cövdət oğlunun yaşadığı ünvana getmişdir.

Daha ətrafli videosujetdə

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin