Göyçay əhalisi qazilərini ziyarət edib-MARAQLI FOTOLAR

Cəmiyyətin döyüşdən çıxan qazilərə qayğısı bütün rayonlar üzrə yüksək səviyyədədir. 

Göyçay Mərkəzi Rayon Xəstəxanasında da sakinlərin qazilərə göstərdiyi hörmət və ehtiram öz axarında irəliləyir. Müalicə olunan əsgər və zabitləri yerli sahibkarlar və sadə vətəndaşlar tez-tez ziyarət edir, onlara keyfiyyyətli və isti yemək, ərzaq malları, meyvə-tərəvəz, geyim və digər zəruri əşyalar gətirirlər.

KAİM.az “Göyçayın səsi”-nə istinadən xəbər verir ki, Göyçaylı iş adamı Çingiz Mayılov Qarabağ zəfəri münasibətilə qurbanlıq qoyunlar və öküz kəsdirib, isti yeməklər bişitdirərək bir neçə gün ərzində Göyçay Mərkəzi rayon Xəstəxanasına gətirərək, qazilərə paylayıb.

O, yaralı əsgərləri ziyarət edərək onları döyüş nəaliyyətlərinə görə təbrik edib, hər birinə şəfa və uzun ömür arzu etdiyini bildirib. Qazilərin tezliklə sağalaraq yaşadıqları rayonlara, öz ailələrinin yanına qayıtmaları barədə öz xoş niyyətini dilə gətirib.

   

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin