18 C
Baku
Bazar ertəsi, İyun 21, 2021
Ev ƏYALƏT Ağcabədi və Ağstafada əl qumbarası və aviabombalar AŞKAR EDİLİB-FOTO

Ağcabədi və Ağstafada əl qumbarası və aviabombalar AŞKAR EDİLİB-FOTO

2021-ci il 06 Yanvar tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Avşar kəndi və Ağstafa rayonunun Xətai kəndi ərazisində mərmilərin və əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

KAİM.az xəbər verir ki, ANAMA-dan Trend-ə bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi və Ağstafa rayon Polis Şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu ərazisindən 1 ədəd RQD-5 əl qumbarası və Ağstafa rayonu ərazisindən 6 ədəd aviabomba (P-50) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və aviobombanın ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin